Honda şirkəti amerika bazarı üçün nəzərdə tutulan yenilənmiş Civic ailəsini təqdim edib. Avtomobilin zahirində baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır. Bundan əlavə, avtomobilin mühərrik çeşidi genişlənmiş, sedan və kupe versiyaları isə, əvvəllər yalnız hetçbek üçü təklif edilən Sport modifikasiyasına sahib olublar.

Yenilənmiş modeli əvvəlkindən başqa radiator barmaqlığına, təkmilləşdirilmiş ön fənərlərə, ön splitterə, təkər disklərinin yeni dizaynına və arxa hissədə olan xrom elementlərə görə ayırd etmək mümkündür.

Sport modifikasiyası isə daha aqressiv formalı ön bamper, səsboğucu sistemin mərkəzdə yerləşdirilimiş çıxış boruları, diffuzor, baqaj qapağının üzərindəki spoyler (sedan) və 18-düymlük təkər diskləri ilə təchiz edilir.  Honda Civic Sport modifikasiyası 158 at qüvvəsi hasil edən 2,0-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəkdirlər. Güc aqreqatı altı pilləli mexaniki qutu və ya variatorla tandemdə çalışacaqdır. Yenilənmiş Civic modelinin təchizatına Honda Sensing təhlükəsizlik sistemləri kompleksi daxil edilibdir.

Bu kompleksin tərkibinə adaptiv kruiz-kontrol, öndən toqquşmaları xəbərdar edən sistem və zolaqda saxlama funksiyası daxildir. Bundan başqa, Civiuc modelini yeddi düymlük sensorlu ekranı olan təkmilləşdirilmiş multimedia sistemi ilə də sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt