Honda şirkəti Avropada satılan HR-V krossoverinin Sport indeksli modifikasiyasını təqdim edib. Krossover Civic, Accord və CR-V modellərində quraşdırılan turbomotora sahib olub.

Honda HR-V Sport 180 at qüvvəsi və 240 Nm fırlanma anı hasil edən 1,5-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Opsional olaraq variator da sifariş etmək olar. Sonuncu halda mühərrikin fırlanma anı 220 Nm qədər azaldılır.

Image alt Image alt Image alt Image alt Image alt

Honda krossoverin dinamik xarakteristikalarını açıqlamayıb. HR-V Sport yenidən tənzimlənmiş asqı və yeni amortizatorları, elektrik sükan gücləndiricisinin başqa tənzimləmələrinə, işıqdiodlarından fənərlər, 18-düymlük təkər disklərinə, buraxılış sisteminin cütlənmiş çıxış borularına və qara-qırmızı rəngli tərtibatı olan yeni oturacaqlarla təchiz edilir.

Honda HR-V Sport modelinin satışlarına gələn ilin yazında başlanacaqdır.