Yeni Honda Civic Type R hot-hetçi hələlik kamuflyaj örtüyünü atmayıb və gələn il debüt edəcəkdir. Ancaq modifikasiyalar iyerarxiyasındakı Type R modelindən bir pillə aşağıda qərarlaşan yeni Honda Civic Si sedanı artıq hazırdır.

Civic Si versiyası artıq 35 ildir ki buraxılır və xüsusi olaraq amerikan bazarı üçün hazırlanmışdır. Yeni nəsildə bu konsepsiya dəyişməyib: “idman” sedanı "tələbə sportkarı" kimi xarakterizə edilir, halbuki indiki versiya əvvəlki illərdə olduğu kimi əlçatan olmayacaqdır. 

Əvvəlki nəsildə olduğu kimi, Civic Si modeli 1,5-litrlik turbomühərriklə təchiz edilir. Yeni sedan üçün güc aqreqatını modernləşdiriblər: VTEC faza dəyişmə sistemi indi yalnız girişdə deyil, həm də çıxışda mövcuddur, üstəlik, təkmilləşdirilmiş aqreqat  tək kütləli nazim-çarxa (köhnə iki kütləlidən 26% daha yüngüldür) və daha sərbəst buraxılış sisteminə sahib olub.

Buna baxmayaraq, mühərrikin gücü aşağı düşüb:  indi aqreqat 208 əvəzinə 203 at qüvvəsi hasil edir, lakin maksimal güc 6000 dövr/dəqiqədə deyil, 5700 dövr/dəqiqədə əlçatandır. Maksimum fırlanma anı 260 Nm səviyyəsində qalsa da,artıq 2100 dövr/dəqiqə əvəzinə 1800 dövr/dəqiqədə əldə edilir.

Əvvəlki kimi, Honda Civic Si modeli yalnız altı pilləli mexaniki ötrümələr qutusu ilə təklif olunur (daha zəif versiyalarda yalnız variator quraşdırılır). İndi, qutu aşağı pilləyə keçərkən dirsəkli val üçün optimal fırlanma sürətini avtomatik olaraq seçən elektron quruluşa sahib (Type R versiyasındakı kimi) olub.

Vintşəkilli yüksək sürtünməli differensial da saxlanılıb. Hərəkət elektronikası, Normal və Sport rejimlərinə əlavə olaraq, tənzimlənə bilən Individual presetinə sahib olub.

Baza Civic modeli ilə müqayisədə Si versiyasının şassisi yenidən tənizmlənib. Yeni amortizatorlar və daha qalın stabilizatorlar quraşdırılıb, ön yaylar 8%, arxa yaylar 54% sərtləşdirilib, ön dayaqların yuxarı bərkitmə nöqtələri gücləndirilib. Bəzi detallar Civic Type R hot-hetçindən götürülüb - məsələn, arxa müstəqil asqının qolları və vtulkaları.

Si versiyasındakı əyləc diskləri adi sedanda olduğundan daha böyükdürlər: öndə 312 millimetrlik, arxada isə 282 millimetrlik disklər quraşdırılıb. Sükan çarxı daha sərt olub və kuzovun burulmaya qarşı sərtliyi əvvəlki nəsil ilə müqayisədə 8% artıb.

Vizual olaraq, Honda Civic Si modeli daha zəif versiyalardan yalnız detalları ilə fərqlənir. Məsələn, onun radiator barmaqlığının yuxarı hissəsi fərqli formaya (hetçbekdəki kimi) malikdir, baqaj qapağındakı  spoyler böyüdülüb, 18-düymlük təkər diskləri qara rəngə boyanıb və buraxılış sistemi iki çıxış borusuna sahib olub.

Salonda inteqrasiya olunmuş baş dayaqları olan idman oturacaqlarını, zəngin qırmızı dekoru və metal örtükləri olanpedalları görmək mümkündür. Bose audio sistemi mühərrikin səsini dinamiklər vasitəsi ilə gücləndirə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni nəsil Civic modelləri kimi, Honda Civic Si sedanları da Kanadada istehsal olunacaqdırlar. “İdman” sedanları ilin sonuna qədər satışa çıxmalıdırlar. Əvvəlki Civic Si modeli ABŞ-da 26 min dollardan başlayan qiymətlərlə satılırdı. Çox güman ki, yeni Civic Si sedanı bir qədər bahalaşacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.