Honda şirkətinin bu yaxınlarda ilk elektrokarı olan e modelini təqdim edəcəyi hər kəsə məlumdur. Əslində, yeni elektrokarın xarici və daxili görkəmi heç də sirr deyil. Yapon istehsalçısının bir müddət bundan öncə təqdim etdiyi e Prototype prototipi seriya elektrokarına çox yaxındır.

Elektrokarın təqdim edilmədiyinə baxmayaraq, Honda şirkəti artıq ona öncədən sifarişləri qəbul etməyə başlayıb. Avtomobilə öncədən sifarişi depozit qarşılığında Böyük Britaniyanın, Almaniyanın, Fransa və Norveçin vətəndaşları rəsmiləşdirə bilərlər. Böyük Britaniyada depozitin məbləği 800 funt sterlinq təşkil edir. Üstəlik, sifarişçi beş kuzov rəngindən birini seçə bilər. Sifarişlərin rəsmiləşdirilməsinə isə bir qədər sonra başlanacaqdır. Bu müddət ərzində depoziti maneəsiz geri almaq da mümkündür.

Honda e modelinin müştərilərə çatdırılmasına isə gələn ilin yazında başlanacaqdır. Yapon şirkəti artıq 25 min insanın avtomobillə maraqlandığını iddia edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt