Bu günlərdə İnternet şəbəkəsində gələn il Avropada satılacaq yığcam Honda elektrokarının prototipinin şəkilləri peyda olub. Urban EV konsept avtomobilinin üslubunda görkəmə malik olan seriyaöncəsi prototip konseptin dizayn üslubunu qoruyub-saxlayacaq və yan güzgülərin əvəzinə kameralarla təchiz ediləcəkdir.

Honda şirkəti Urban EV konseptini keçən ilk keçirilmiş Frankfurt avtosalonunda nümayiş etdirib. Honda Urban EV konsept avtomobili yapon şirkətinin Electric Vision adlı yeni proqramının tərkib hissəsidir. Bu proqram yeni platformaların, güc qurğularının və elektromobillər üçün yüngülləşdirilmiş akkumulyatorların yaradılmasını nəzərdə tutur.

Image alt Image alt Image alt Image alt Image alt