Digər avtomobil istehsalçıları kimi, Honda şirkəti də elektromobillərə keçməyə hazırlaşır. Bu məqsədlə, yaponlar ABŞ-da General Motors konserni ilə ittifaqa giriblər: yerli bazar üçün yaradılacaq batareyalı Honda modelləri amerikan platformasında inşa ediləcəkdirlər. Bu modellərin birincisi Prologue krossoveri olmalıdır. Ancaq dünyanın qalan hissəsindəki elektromobilləşdirmənin əsas məntəqəsi kimi Çini təyin edilıb! Buna görə də, gələcək modellər məhz Səma İmperatorluğunda anons ediliblər.

Yaxın perspektivi Honda NS1 və e: NP1 konseptləri tərənnüm edirlər. Bunlar yeni nəsil qlobal Honda HR-V modelinin elektrik versiyalarıdır və demək olar ki, istehsal üçün hazırdırlar. İki konsept bir-birindən yalnız dekoru ilə fərqlənir, lakin e: NS1 kod adlı modelin seriya versiyasının istehsalı ilə Dongfeng-Honda birgə müəssisəsi məşğul olacaqdır. Honda e: NP1 konseptinin əmtəə variantını isə GAC-Honda birgə müəssisəsi buraxacaqdır.

4390 millimetrlik uzunluğu olan elektrokarın əsasını, benzin avtomobilləri ilə unifikasiya edilmiş yeni e: N Architecture F elektrik platformasına təşkil edəcəkdir. 182 at qüvvəli elektrik mühərriki ön oxda quraşdırılıb, avtomobilin şassisi isə öndə McPherson dayaqlarına və arxada yarı müstəqil asqıya malikdir. Dolu batareya ilə elektrokar  təxminən 500 kilometr qət etməlidir. 

Eyni qurğulardan digər nisbətən ucuz elektrik modelləri üçün də istifadə ediləcəkdir. Üstəlik, krossover cütlüy, radar və kameralardan ibarət olan yeni Honda Sensing 360 elektron köməkçilər kompleksini sınayacaqlar. Belə sistem şirkətin dünya üzrə digər modellərində quraşdırılıcaqdır. Seriya elektrik krossoverləri noyabr ayında təqdim ediləcək və 2022-ci ilin yazında Çin bazarında satışa çıxarılacaqdırlar.

Uzunmüddətli perspektiv üçün isə, Honda tamamilə orijinal elektromobillər ailəsini hazırlayır. Yeni ailənin carçısı konseptlər üçlüyüdür. Bunlar Honda e: N SUV krossoveri, Honda e: N GT sedanı, habelə unifikasiya edilmiş dizayna və qəribə nisbətlərə malik Honda e: N Coupe kupesidir.

Bu üçlük yeni e: N Architecture W modul platformasında hazırlanıb ki, bu platforma da arxa və ya tam ötürmənin, ikiqollu ön asıqnın, çoxqollu arxa asqının və böyük dartma batareyasının mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, bu elektrokalar üçün xüsusi əməliyyat sistemi və idarəetmə elektronikası hazırlanır. Bu platformada inşa edilən seriya avtomobilləri 2024 -cü ildən əvvəl debüt etməyəcəklər. Elektrokarlar Çində istehsal ediləcək və oradan digər bazarlara çatdırılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Honda şirkətinin qlobal planları aşağıdakı kimidir. Önümüzdəki beş il ərzində on yeni elektrik modeli buraxılacaq və 2030-cu ilə qədər akkumulyatorlu avtomobillərin ümumi satış strukturundakı payı 40% təşkil etməlidir. 2035-ci ilə qədər bu rəqəm 80%-ə çatacaq, 2040-cı ilə qədər isə, Honda tamamilə elektromobillərə keçəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.