Honda şirkəti növbəti nəsil Civic Type R modelinin şəkillərini paylaşıb və “qaynar” hetçbekin gələn il təqdim ediləcəyini açıqlayıb. Hələlik isə, mühəndislər “qaynar” hetçbeki Nürburqrinqdə krçitiləcək testlərə hazırlayırlar. Kamuflyaj edilmiş prototipin şəkilləri isə, modelin görünüşündəki təkamül dəyişikliklərini və adi hetçbek ilə minimum fərqlərinin olduğunu nümayiş etdirir.

Hazırkı Honda Civic Type R (FK8) modeli 2017-ci ildən bəri istehsal olunur. Hetçbek 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə hərəkətə gəlir. Altı pilləli mexaniki transmissiya mühərrikin fırlanma anını ön təkərlərə ötürür - Honda tam ötürməli hetçbeki hazırlamaq niyyətində olmayıb, çünki bu, avtomobilin çəkisini artırmaqla yanaşı, qiymət artımı da daxil olmaqla çoxsaylı problemlərə səbəb ola bilərdi.

Image alt Image alt

Çox güman ki, Civic Type R modeli cari quruluşunu və mühərrikini qoruyub saxlayacaq, ancaq bir qədər daha güclü olacaqdır. Üstəlik, Honda NSX kupesində olduğu kimi, iki elektrik mühərriki olan hibrid güc qurğusunun tətbiq ediləcəyi barədə şayiələr öz təsdiqini tapmayıb. Buraxılış sisteminin rezonatoru olan xarakterik üç çıxış borusu yeni avtomobildə də var.

"Qaynar" hetçbekin təqdimatı gələn il baş tutmalıdır. Honda Civic Type R modeli yeni üslubda hazırlanmış interyeri, yenidən işlənmiş asqı sistemini və artırılmış sürtünməsi olan differensialı alacaqdır. Bundan əlavə, hot-hetç Honda markasının Avropadakı hibrid olmayan son modeli olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.