Hyundai i30 N «qaynar» hetçbekinin ilk 100 nüsxəsi Almaniyada iki günə satılıb. Hər bir avtomobilin qiyməti 30900 avro təşkil edib.

Avtomobili əldə etmiş ilk 100 müştəri Nürunqrinq trekindəki sürücülük məktəbində kurs keçmək şansına malikdirlər. Üstəlik, onlar Hyundai şirkətinin N bölümünün rəhbəri olan Albert Birmanla da görüşmək imkanına sahib olacaqdırlar. 

Yeni  «qaynar» hetçbek birbaşa çiləməli 2,0-litrlik T-GDI mühərriki ilə təchiz edilir ki, bu aqreqat da iki güc variantında təklif edilir. Birinci variant 250 at qüvvəsinə malikdir. Opsional Performance Pack dəstinə sahib olan ikinci variant isə 275 at qüvvəsinə sahib olacaqdır. Hər iki halda mühərrikin fırlanma anı 352 Nm təşkil edir.

Hyundai i30 N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə i30 N modeli 6,2 saniyəyə sürətlənir. Hyundai i30 N modelinin maksimal sürəti 250 km/saatdır.