Hyundai şirkəti Ioniq 5 elektrik krossoverinin interyerinin bir hissəsini nümayiş etdirib və yeni arxitekturanın xüsusiyyətlərindən danışıb. Elektromobilin “yaşayış sahəsinin” mərkəzində Universal Island adlı mərkəzi konsolu yer alır. Uzununa döğru hərəkət edən konsol, düşmə və minməni asanlaşdırmalıdır.

Orta ölçülü Hyundai Ioniq 5 krossoveri koreya markasının elektrokarlar üçün xüsusi olaraq yaradılmış Electric-Global Modular Platform (E-GMP) platformasında inşa edilən ilk modeldir. Elektrokarın künclərdə quraşdırılmış təkərləri və düz döşəməsi daxili məkanın tərtibatına fərqli şəkildə yanaşmağa və təkərlər üzərində bir növ "yaşayış sahəsi" yaratmağa imkan verib. Ioniq 5 modelinin interyerinin əsas elementi Universal Island adlanan hərəkət edən mərkəzi konsoludur.

Konsol uzununa hərəkət edir və məsələn, dayanacaqlarda minmə-düşməni asanlaşdırır. Krossoverin ön oturacaqları ayaq dayaqları ilə təchiz edilir. Arxa oturacaqları isə, istəyə uyğun olaraq dəyişdirmək və tənizmləmək olar ki, bu da, koreyalıların fikrincə, avtomobildə tez-tez uşaqları və ya ev heyvanlarını gəzdirənlər üçün əlverişli olacaqdır.

Eyni zamanda, Ioniq 5 müştəriləri ətraf mühitə də qayğı göstərirlər, buna görə də, interyer tərtibatında təkrar emal edilmiş materiallardan və təbii liflərdən istifadə olunur.

Belə materiallara arasında kətan yağı ilə işlənmiş və boyanmış dəri, polipropilen iplikdən, şəkər qamışı lifindən və yundan hazırlanmış parçadan, habelə təkrar emal edilmiş plastik şüşələrdən hazırlanmış toxuma material da var. Ioniq 5 modelinin sükan, qapı və cihazlar panelinin elementləri raps və qarğıdalı yağlarına əsaslanan bioemal ilə boyanır.

Hyundai Ioniq 5 modelinin təqdimatı 23 fevral tarixində keçiriləcəkdir.