Kia şirkətinin ardınca Hyundai şirkəti də Kona modelinin elektrik variantının yürüş ehtiyatına düzəlişlər edib. Dünən Kia şirkəti e-Niro modelinin WLTP dövrü ilə sınaqlarını aparan kənar təşkilatın hesablama metodikasında səhv etdiyini bildiribdir. Bu gün isə, Hyundai şirkəti də Kona EV modelinin sınaqları zamanı eyni səhvə yol verildiyini etiraf edib.

Beləliklə, 64 kilovat-saatlıq batareya ilə təchiz edilən 204 at qüvvəli Kona EV modelinin yürüş ehtiyatı 469 kilometr deyil, 449 kilometr olmalıdır. Hyundai Kona EV modelinin 135 at qüvvəli baza variantı 39 kilovat-saatlıq batareya ilə təchiz edilir və əvvəllər onun yürüş ehtiyatının 300 kilometr olduğu bildirilmişdir. Düzəlişdən sonra bu rəqəm 289 kilometrə qədər azaldılıb.

Image alt Image alt Image alt