Hyundai şirkəti Las Veqasda keçirilən İstehlak elektronikası sərgisində (CES) addımlayan xilasedici pilotsuz avtomobilin konseptini təqdim edib. Hyundai Elevate adlı konseptdən genişmiqyaslı təbii və texnogen fəlakət zonalarında istifadə edilə bilər.

Hyundai şirkəti Elevate modelini, xüsusi olaraq hazırlanmış ofrouderlərin belə gedə bilməyəcəyi məkanlarda hərəkət edən Ultimate Mobility Vehicle (UMV) kateqoriyasına aid edib. Məsələn, addımlayan pilotsuz avtomobillər xilasediciləri zəlzələ zamanı maksimal dağıntılar olan məkana çatdıra bilərlər. Adi həyatda belə avtomobillər evin kandarına qalxaraq hərəkət qabiliyyətini itirmiş sərnişinləri (əlil arabasında hərəkət edən) götürə bilərlər.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pilotsuz Elevate modelinin əsasını dəyişən kuzov-kapsulaya malik olan modul platforması təşkil edir. Bu kapsulalar həm sərnişin, həm də yük daşınması üçün nəzərdə tutulur. Robotlaşdırılmış qatlanan “ayaqlar” beş sərbəstlik səviyyəsinə və hər bir təkər topunda quraşdırılan elektrik mühərrikinə sahibdir. Hyundai Elevate adi avtomobil kimi də hərəkət edə bilər. Bundan başqa o, yarımmetrlik divarlara qalxmaq və eyni ölçülü çalaları qət etmək iqtidarındadır.  Üstəlik, Elevate istənilən istiqamətdə hərəkət etmək bacarığına da malikdir.