Hyundai modellərinin idman modifikasiyalarını hazırlayan N bölümü Mercedes-AMg bölməsindən nümaunə götürərək öz modelini hazırlamaq niyyətidədir. Layihəyə şirkət rəhbərliyi tərəfindən artıq "yaşıl işıq" yandırılıbdır.

Bir neçə aylıq söz-söhbətdən sonra Hyundai şirkətinin N bölümünə koreya markasının seriya modellərinə əsaslanmayan öz sportkarını buraxılması üçün razılıq verdiyini əminliklə söyləmək olar.  Bu barədə koreya istehsalçısının idman avtomobilləri və avtoidman üzrə bölümünün icraçı vitse-prezidenti Tomas Şemer bildirib.

"Hyundai N bölümünün bayraqdar modeli üzərində ciddi cəhdlə işləyirik. Bu xüsusi və Hyundai markasından gözlənilməyən bir avtomobil olacaqdır", - Şemer AutoRAI.nl nəşrinə müsahibəsində bildirib.

Hələlik, bu avtomobilin necə olacağı barədə məlumat verilməyib. Layihə başlanğıc mərhələsindədir, lakin, yüksək vəzifəli menecer həmin modelin Hyundai RM 16 N konseptinə bənzəyəcəyinə də işarə vurub.

"Hazırda biz bu modelin məhdud sayda buraxılması barədə məlumatı nə təsdiq, nə də təkzib edə bilərik. Lakin, bu model superidman seqmentindən olacaqdır. Hyundai RM 16 N konseptinə baxın və sizin nəyin gözlədiyini təsəvvür edin", - Şemer söyləyib.

Ehtimallara görə, Hyundai N Kia Stinger və ya Genesis G70 üslubunda sedanı deyil, iki yerli kupe hazırlayacaqdır. Bu kupenin ortamühərrikli arxadan çəkişli  sportkar olacağına ümid edək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt