Hyundai şirkəti qarşıdan gələn Nyu York avtosalonunda yeni krossover nümayiş etdirəcəkdir. Hyundai Venue adlandırılmış model yığcam krossover olacaqdır. Yeni krossover Cənubi Koreya istehsalçısının model xəttində Kona krossoverindən bir pillə aşağıda yerləşəcəkdir.

Hyundai nümayəndələri Venue krossoverinin “işgüzar şəhər sakinlərinə” ünvanlandığınlı bildiriblər. İstehsalçı avtomobil haqqında məlumat verməyib. Yeganə məlum olan Venue modelinin ənənəvi dizayn malik olacağı və Kona modelinə bənzəməyəcəyi söylənilir. Üstəlik, Hyundai Venue modeli Kona modeli ilə eyni platformada inşa edilməyəcəkdir.