Hyundai Palisade ətrafında hadisələr cərəyan etməkdə davam edir. Hər gün Hyundai şirkətinin yeni bayraqdarının növbəti cəsus şəkilləri İnternetdə dərc edilir.

Bu günlərdə KoreanCarBlog saytı Palisade modelinin cəsuslar tərəfindən çəkilmiş növbəti şəkillərini paylaşıb. Şəkillərdən də göründüyü kimi, Hyundai Palisade ötürmələr qutusunun ənənəvi selektoruna sahib olmayacaqdır – onu mərkəzi konsolda quraşdırılmış düymələr əvəz edib.

Fotoşəkillərə diqqətlə baxsaq mərkəzi konsolda transmissyanın düyməli selektorundan savayı klimat-kontrolun bloku və Drive Terrain sisteminin hərəkət rejimlərini dəyişdirən şayba yerləşdirlib. Sürücü Eco, Sport və Snow rejimlərini seçmək imkanına malik olacaqdır. Sonuncu rejimin sınaqları barədə məlumatı dünən dərc etmişik.