Hyundai şirkəti Los-Anjelesdə keçirilən avtosalonda Palisade modelini təqdim edib. Cənubi Koreya şirkətinin yeni bayraqdarı tamamilə yeni platformada inşa edilibdir. Palisade modeli altısılindrli benzin mühərriki və HTRAC tam çəkiş sistemi ilə təchiz olunur.

Hyundai Palisade modelinin qabarit uzunluğu 4981 millimetr, eni - 1976 millimetr, hündürlüyü isə 1750 millimetrdir. Krossoverin təkər bazasının uzunluğu 2901 millimetə bərabərdir. Hyundai Palisade modelinin aerodinamik müqavimət əmsalı 0,33-dür.

Yeni bayraqdar krossover 3,8-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Qazpaylayıcı fazaların pilləsiz dəyişilməsi Dual CVVT sistemi və birbaşa çiləmə ilə təchiz edilmiş mühərrik 295 at qüvvəsi və 395 Nm fırlanma anı hasil edir.

Avtomobil öndən çəkiş və məcburi qapadılması olan HTRAC tam çəkiş sistemi ilə təklif olunacaqdır. Hərəkət rejimlərinin dəyişdirilməsinə cavabdeh olan Drive Mode sistemi yeddi rejimə malikdir: Normal, Comfort, Eco, Sport, Smart, Sand və qarda hərəkət etmək üçün xüsusi tənizmləmələrə malik olan Snow.

Hyundai Palisade modelinin təchizatına işıqdiodlarından ön fənərlər, 12,3-düymlük virtual cihazlar paneli, 10,25-düymlük displeyi, Apple CarPlay, Android Auto dəstəyi və yeddi USB-portları olan multimedia sistemi, smartfonların induksion doldurulması, Infinity səs sistemi və proyeksiya displeyi daxildir. Bundan başqa, arxa sərnişinlərinin rahatlığının təmin edilməsi üçün Rear Sleep Mode rejimi vardır ki, bu sistem arxa dinamiklərə ötürülən səsi kəsə bilər.

Məsafədən mühərriki işə salmaq, havalandırma sistemini tənzimləmək və qapıların kilidini açmaq üçün MyHyundai.com saytından və ya smartfondakı Blue Link tətbiqindən istifadə etmək olar. Palisade modelinin təhlükəsizlik sistemləri siyahısına piyadaları aşkarlayaraq öndən toqquşmaları xəbərdar edən sistem, zolaqda saxlama sistemi, kor zonalara və köndələn arxa trafikə nəzarət, arxa qapıladan təhlükəsiz çıxış funksiyası, adaptiv kruiz-kontrol və sürücünün vəziyyətinin monitorinqi sistemi daxil edilibdir.

Hyundai Palisade Ulsan şəhərindəki zavodda yığılacaqdır. Krossoverin ABŞ-dakı satışlarına 2019-cu ilin yayında başlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt