Bu gün İnternet şəbəkəsində Hyundai şirkətinin bayraqdar krossoveri olan Palisade modelinin yeni şəkilləri peyda olub. Bu dəfə fotoqraflar avtomobilin hər tərəfini çəkməyə müvəffəq olublar. Los-Anjelesin qaya birləşməsinin və sahil rayonunun şərəfinə Palisade adlandırılan krossoverin debütü 28 noyabrda Los-Anjeles avtosalonunda baş tutacaqdır.

Fotoşəkildən də göründüyü kimi, Palisade modeli Grandmaster konseptində nümayiş etdirilmiş kuzovun ümumi formasını qoruyub-saxlayıbdır. Bayraqdar krossoverin ön hissəsi yeni nəsil Hyundai Santa Fe modelini xatırlatsa da, bununla belə, Palisade  sonuncu ilə heç bir ümumi detala malik deyildir.

Bu yolla koreya istehsalçısı Palisade modelini yeni Santa Fe krossoverindən uzaqlaşdırmaq niyyətindədir. Xatırladaq ki, əvvəllər markanın bayraqdar krossoveri rolunu Grand Santa Fe modeli ifa edirdi. 

Image alt Image alt Image alt Image alt