Koreya şirkətləri Şimali Amerka bazarına yeni krossoverlər ilə müdaxilə etməyi planlaşdırırlar. 2019-cu ildə Hyundai və Kia markaları ABŞ bazarında tam SUV xəttini təqdim etmək niyyətindədir. Hazırda hər bir marka Şimali Amerika bazarında üç krossover təklif edir - Kona, Tucson, Santa Fe və Niro, Sorento, Sportage. Bunlardan Amerikada Sorento və Santa Fe istehsal edilir.

Yeni modellər ən azı dörd ədəd olacaqdır. Autonews News nəşri Kia şirkətinin prezidenti Xan Vu Paka istinadən bildirir ki, mart ayında amerikalılara Kia Tusker krossoverini almaq şansını əldə edəcəkdirlər. Həmin vaxt Hyundai şirkətinin A seqmentində olan QX kod adlı krossoveri təqdim edəcəkdir. Gələn ilin yazında və yayında isə Hyundai Palisade və Kia Telluride bayraqdar krossoverləri  işıq üzü görəcəkdir.

Image alt Image alt Image alt

Pikapa gəldikdə isə, hazırda bu layihənin başa gəlməsinə üç il vaxt gərəkdir. Üstəlik, pikapın istehsalı mütləq ABŞ-da yerləşdirilməlidir. Əks halda yüksək gömrük vergiləri avtomobilin qiymətini qeyri-rəqabətcil edəcəkdir. Koreya istehsalçısının Alabamadakı zavodu hələlik pikap istehsalı üçün hazır deyildir.  

Mənbə: Motor1.com