Hyundai şirkəti hidrogen yanacaq elementlərindən qidalanan elektrik yük avtomobilinin ilk təsvirini yayıb. Koretyalılar elektriklə hərəkətə gələn yük avtomobilini gələn il Avropa bazarında təqdim etməyi planlaşdırırlar.

Hyundai şirkəti “yaşıl” yük avtomobili buraxmaq planları haqqına bəyanatı Hannoverdə keçirilən Kommersiya avtomobillərinin beynəlxalq sərgisində vermişdi. Marka nümayəndələri gələn il Hannoverdə keçiriləcək sərgidə elektrik yük avtomobilinin texniki xarakteristikalarını açıqlamağa söz veriblər.

Hazırda avtomobil haqqında məlum olan yeganə fakt onun digər Hyundai kommersiya avtomobillərindən vizual cəhətdən fərqli olacağıdır. Belə ki, yük avtomobilinin radiator barmaqlığı hidrogeni tərənnüm edəcəkdir. Aerodinamik effektivliyə isə, damdakı spoyler və kabina ilə yarımqoşqu arasındakı əlavələr xidmət edəcəkdirlər.

Hyundai şirkətinin model xəttində hidrogenlə işləyən bir neçə avtomobil vardır. Bunlar Hyundai iX35 Fuel Cell və Nexo krossoverləridir. Sonuncu model yanvar ayında keçirilmiş istehsal elektronikasının sərgisində (CES) debüt edib. Hyundai Nexo yanacaq elementlərindən qidalanan 120 kilovatlıq elektrik mühərriki ilə hərəkətə gəlir. Avtomobilin yürüş ehtiyatı 590 kilometr təşkil edir.