Bir neçə gün bundan əvvəl ilk hibridini - GT 63 S E Performance liftbekini təqdim edən AMG bölməsi, Münhen avtosalonunda ilk elektromobilini nümayiş etdirib. Ehtimal etdirimiz kimi, AMG elektrokarı EQS liftbekinin “bərkgedən” versiyasıdır.

Mercedes-AMG EQS 53 4Matic+ modeli baqa elektrik mühərriklərlərinə, elektronikaya və batareyanı idarəetmə sisteminə sahib olub. Normal vəziyyətə elektrik güc qurğusu 648 at qüvvəsi və 950 Nm fırlanma anı hasil edir.

Lakin elektromobilin standart təchizatına daxil olan AMG Dynamic Plus dəsti güc qurğusunun hasilatını qısa müddətə 751 at qüvvəsi və 1.020 Nm-ə qədər artırmağa imkan verir. Bu halda, Mercedes-AMG EQS 53 4Matic+ modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır. 

Elektrokarın maksimal sürət həddi isə 250 km/saatda məhdudlaşdırılıb. Standart hasilatla bu rəqəmlər, müvafiq olaraq, 3,8 saniyə və 220 km/saat təşkil edir. Müqayisə üçün, 524 at qüvvəsi EQS 580 4 Matic modeli bu işə 2,4 saniyə sərf edir və 210 km/saatlıq maksimal sürətə malikdir.

Batareyanın istifadə olunan tutumu əvvəlki kimi 107,8 kilovat-saat təşkil edir. Bununla belə, AMG bölməsi “bərkgedən” EQS modelinin yürüş ehtiyatını açıqlamayıb. Alman markasının digər elektrokarları kimi, AMG elektrokarı da 200 kilovatlıq yükləməni dəstəkləyir. Bundan başqa, enerji ehtiyatının bərpasına üç səviyyəli rekuperasiya sistemi yardım edir. Rekupersiya sisteminin rejimlərini sükan çarxındakı düymə vasitəsi ilə dəyişmək mümkündür. 

Mercedes-AMG EQS 53 4Matic+ modelinin standart təchizatına AMG Ride Control + adaptiv pnevmoasqısı və arxa təkərləri 9 dərəcəyə qədər dönən tam idarələnən şassi daxildir. Məsələn, adi EQS modelində arxa təkərlər 4,5 dərəcəyə qədər dönür, lakin opsional olaraq, bu bucağı 10 dərəcəyə qədər artırmaq mümkündür. Bu opsiyanı birdəfəlik almaq və ya ona müəyyən müddətə abunə yazılmaq olar.

AMG Dynamic Select sistemi beş rejimə malikdir: Slippery, Cpmfort, Sport, Sport+ və Individual. Güc qurğusunun, asqının, sükan idarəetməsinin tənzimləmələri ilə yanaşı, hər bir rejim AMG Sound Experiece sistemi tərəfindən genersiya edilən özünəməxsus səsə malikdir. AMG Dymanic Plus dəstinə daxil olan səs sisteminin iki versiyası mövcuddur: standart Authentic və qabaqcıl Performance.

AMG bölməsi tərəfindən hazırlanmış EQS liftbeki “mülki” versiyadan Panamericana barmaqlığı çəkilmiş firma ön paneli, böyüdülmüş arxa spoyleri, altı şaquli çubuqları olan diffuzoru, qara dekoru və 21-düymlük təkər diskləri ilə fərqlənir. Opsional olaraq, 22-düymlük diskləri də sifariş etmək olar.

Salonda AMG modelləri üçün xarakterik olan dekor, idman oturacaqları və sükan çarxı var. “Hiperekran” standart təchizata daxildir, bununla belə, MBUX sisteminin sürücü interfeysinin funksionallığı avtomobilin drayver xarakterinə uyğun olaraq genişləndirilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Bərkgedən” EQS liftbekinin dünya üzrə satışlarına gələn ilin əvvəlində start verilməlidir. 

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.