Bu gün hər kəs həyəcanla yeni nəsil Mercedes-Benz CLA modelinin təqdim ediləcəyi anı gözləyir. Əlbəttə, CLA modelinin ikinci nəsli bizim bazarda popular olmasa da, Avropada bu modelin pərəstişkarları kifayət qədərdir. Biz isə, CLA həvəskarlarının intizarını bir qədər azaltmaq istərdik və bu məqsədlə ikinci nəsil Mercedes-Benz CLA modelinin əldə etdiyimiz fotoşəkillərini dərc edirik.

Mercedes-Benz şirkəti yeni nəsil CLA modelini öz sinifində ən ağıllı və emosional avtomobil olacağını bildirir. Yeni CLA modeli tamamlanmış reallığı və vizual fitnes məşqçisi olan təkmilləşdirilmiş MBUX multimedia sistemi ilə təchiz ediləcəkdir. Mercedes-Benz CLA modelinin ikinci nəslinin təchizatına tam çəkiş sistemi və adaptiv amortizatorlar da daxil olacaqdır.

Bir müddət bundan öncə, Mercedes-Benz yeni modelin eksteryerinin tizerlərini dərc edib. Yeni CLA modeli Mercedes-Benz CLS sedanının üslubunda dizayna və J-şəkilli gündüz hərəkət işıqları olan iti formalı ön fənərlərə sahib olub.

Image alt Image alt Image alt Image alt