Bu gün internet şəbəkəsində, Cupra markasının ilk modeli olacağı ehtimal edilən kupe-krossoverin fotoşəkili dərc edilib. Yeni firma üslubunda dizayna malik olan krossover çox güman ki, MQB modul platformasında inşa ediləcək və 2,0-litrlik turbomühərrik ilə təklif olunacaqdır.

"Autofacil" saytı tərəfindən dərc edilən fotoşəkildə yeni Cupra krossoverinin dizaynının Ateca krossoverindən fərqləndiyini görürük. Yeni kupe-krossover daha çox iti bucaqlara, forması dəyişdirilmiş işıq texnikasına, radiator barmaqlığına və ön bamperdəki şaquli kəsiklərə sahib olacaqdır.

Ümumlikdə, Cupra krossoveri Cupra Ateca modelindən aqressiv görkəmə malik olacaqdır.

Yeni modelin hazırlandığı barədə ilk xəbəri ispan markasının şef-dizayneri Alexandro Mesonero-Romanos bildirmişdir.

«Yeni brendi tədricən inkişaf etdirmək gərəkdir, - Mesonero-Romanos bildirib. - Bir Cupra adını ayrıca brendə çevirməyi qərarlaşdırdığımız zamanı qarşımızada iki yol var idi: 100% yeni brend altında yaradılmış avtomobili gözləmək, yaxud kiçik addımlar atmaq. Belə Cupra Ateca modeli meydana gəldi». 

Dizayn və mühəndislik nöqteyi-nəzərindən yaradılmış əsl Cupra modelini Mesonero-Romanos gələn il təqdim edəcəklərini də qeyd edib. Cupra Ateca modeli 300 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli iki muftalı DSG robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır.