Bu günlərdə böyük iddialarla aviasiya aləminə daxil olmuş Honda şirkəti ilk HondaJet təyyarəsini sabibinə təqdim etmişdir. Təyyarə, yapon şirkətinin ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində yerləşən Honda Aircraft Company törəmə müəssisəsi tərəfindən istehsal edilmişdir. İlk təyyarənin satışı, ABŞ mülki aviasiya üzrə federal idarəsi tərəfindən HondaJet’ə sertifikatın təqdim edilməsindən bir ay sonra baş tutmuşdur. Yapon şirkəti öz təyyarələrini Şimali və Cənubi Amerikada, və həmçinin Avropada satmağı nəzərdə tutur.

İstehsal olunacaq təyyarələrə xidmət göstərəcək servis mərkəzi, Honda Aircraft şirkətinin mənzil-qərargahının qonşuluğunda yerləşən 8 kvadrat kilometrlik ərazidə inşa edilmişdir. Bu mərkəzdə təyyarələ texniki xidmət göstəriləcək və xüsusi simulyatorlar vasitəsi ilə uçuş heyyəti hazırlanacaqdır.

Yapon istehsalçısının iddiasına görə, HondaJet öz sinifində ən sürətli, ən sakit və ən qənaətcil təyyarələrdən biridir.  O, 778 km/saat sürəti ilə 1800 kilomtrə qədər məsafə qət etmək iqtidarındadır. HondaJet'in salonu altı sərnişinın rahat səyahəti üçün nəzərdə tutulmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Honda tərəfindən istehsal edilən biznes-jetin digərlərindən fərqləndirən cəhət, onun  qanadlar üzərində yerləşən mühərrikləridir.  Şirkətin qeyd etdiyi kimi, bu hal sərnişin bölməsinin genişliyinə və sakitliyinə təminat verir, həmçinin yanacağa nəzərə çarpacaq dərəcədə qənaət etməyə imkan yaradır.

Nəhayət və ən başlıcası - bir HondaJet təyyarəsinin satış qiyməti 4,5 milyon ABŞ dollarıdır.