Keçən il Infiniti şirkəti hər kəsi Prototype 9 konsepti ilə təəccübləndirmişdi. 1930-cu illərin yarış avtomobillərindən ilham alınaraq yaradılmış konsept hər bir detalı ilə insanları heyrətləndirirdi. Bu il isə yapon şirkəti daha bir maraqlı konsepti Pebbl-Biçdə keçiriləcək Zəriflik müsabiqəsində nümayiş etdirəcəkdir.

Prototype 9 keçmişə baxış olduğu halda, Prototype 10 adını almiş yeni konsept əksinə gələcəyə baxışdır. Lakin, bu o demək deyildir ki, gələcəkdə Infiniti loqosunu daşıyan avtomobillər tavandan məhrum olacaq və yalnız bir oturacaqla təchiz ediləcəkdirlər. Əsla!

Gümüşü formaları ilə hər kəsi heyran edən bu prototipin yalnız bir sıra dizayn elementləri gələcək sedan, kupe və ya kabrioletlərdə tətbiq edilə bilər. Üstəlik, Prototype 10 yeni modul platformasının daşıyıcısıdır. Bundan başqa, istehsalçı konseptin geometrik kuzov formalarının «akselerator pedalına toxunuşla 100 faizlik fırlanma anını sərəncamınıza verən elektrik güc qurğusu sayəsində baş verən möhtəşəm sürətlənmə» barədə xəbər verdiyini bildirir. Bundan başqa, sərnişin yerində olan havalandırma girişi hava axının avtomobilin batareya və elektrik güc qurğusunun soyudulmasına yönəldiyinə işarə edir.

«Prototype 1o Infiniti markasının hazırda olduğu yer ilə onun üz tutduğu istiqamət ilə əlaqə yaradır, - yapon markasının şef-dizayneri Kərim Həbibi bildirir. - Bizim üçün elektrikləşdirmə məhsuldarlıq anlamına gəlir - avtomobillərimiz güclü, effektiv və yüksək idarəetmə qabiliyyətinə malik olacaqdırlar. Prototype 10 isə bizim elektrikləşmiş gələcəyimiz fiziki təzahürüdür».

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt