Infiniti şirkəti yeni nəsil QX80 bayraqdar yolsuzluq avtomobilinin təsvirləri olan fotoşəkilləri paylaşıb. Yeni ofroderin ilk kütləvi nümayişi 14 noyabr tarixində Dubayda keçiriləcək avtosalonda baş tutacaqdır.

Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, növbəti nəsil Infiniti QX80 yolsuzluq avtomobili aprel ayında debüt etmiş QX Monograh prototipinin üslubunda olan dizayna malikdir. Təsvirlərdən avtomobilin Bridgestone təkərləri geyindirilmiş 22-düymlük təkər diskləri və rombşəkilli tikilişlərə malik olan dəri salon ilə təchiz edildiyi də görünür. Əvvəl də bildirildiyi kimi, Infiniti QX80 modelinin seriya istehsalına bu ilin sonunda başlanacaqdır. Model sələfinin istehsalında istifadə edilən ramada inşa edilibidir.

Bundan əlavə, yeni model sələfinin 5,6-litrlik V8 mühərrikini də irsən alacaqdır. Bir müddət bundan öncə, Infiniti şirkətinin vitse prezidenti Fransua Bankon ofroderin V6 mühərrikinə də sahib olacağını bildirmişdi.

Çox güman ki, söhbət Q50 sedanı və Q60 kupesindən tanış olan və iki güc variantında  (300 və 405 at qüvvəsi) təklif edilən 3,0-litrlik V6 mühərrikindən gedir. 

Image alt Image alt Image alt Image alt Image alt