Infiniti şirkəti Şanxay avtosalonunda Qs Inspiration adlı sportsedanın konseptini nümayiş etdirəcəkdir. Yeni konsept “elektrikləşdirmə zamanında formatın inkişaf vektorunu” nümayiş etdirəcək və gələcək seriya modeli barədə danışacaqdır. Avtomobilin əsasını hibrid və elektrik güc qurğularının quraşdırılması üçün uyğunlaşdırılmış arxitektura təşkil edir.

Infiniti Qs Inspiration konseptinin dizaynı Yaponiyanın ənənəvi incəsənəti və müasir arxitekturasından ilham alınaraq yaradılmış üslubda hazırlanıbdır. Minimalsitik yanaşma nəinki avtomobilin eksteryerində, həmçinin “təmiz” kokpit və sərnişinləri rahatlıqla təmin edən iki aydın hissəyə bölünmüş interyerində də nəzərə çarpır.