Bu gün Hyundai şirkəti Ioniq 6 elektromobilinin şəkilləri dərc edib. O, Prophecy konseptinə əsaslanır və 2023-cü ildə bazara çıxmalıdır. Ioniq 6 modeli qismən Ioniq 5 elektrokarı ilə unifikasiya olunsa da, onun dizaynı tamamilə orijinaldır. Bununla belə, Hyundai elektrokar haqqında texniki məlumatı 14 iyul tarixində açıqlayacağını bildirib.

İlkin məlumata görə, yeni elektomobil ümumi gücü 308 at qüvvəsi olan iki elektrik mühərriki ilə hərəkətə gələcək və enerji doldurmadan 500 kilometrdən çox məsafə qət edə biləcəkdir. Dərc edilmiş şəkillərdən də göründüyü kimi, elektrokar, eyni zamanda, irəli çıxan qapı tutacaqlarına və yan güzgüləri əvəzləyən kameralara sahib olub.

Ioniq elektrik brendi Hyundai şirkəti tərəfindən 2020-ci ildə təsis edilib. 2024-cü ilə qədər bu brendin model cərgəsi tam şəkildə formalaşacaq və üç modeldən ibarət olacaq: Ioniq 5, Ioniq 6 və Ioniq 7.

Bu elektrokarlar xüsusi olaraq elektromobillər üçün yaradılmış Electric Global Modul Platform (E-GMP) modul platformasına əsaslanacaqlar. 2021-ci ilin fevralında təqdim edilən Ioniq 5, bir il ərzində Avropada 20.000 alıcı tapıb. İndi isə, ona Prophecy konseptinə əsaslanan Ioniq 6 modeli qoşulacaqdır.

Dərc edilmiş şəkillərdən göründüyü kimi, seriya sedanı nəzərəçarpacaq dərəcədə sadə görünüşə malik olsa da, şou-karla oxşarlığını qoruyub saxlayıb. Avtomobilin ön tərəfinin tərtibatı minimalizm üslubundadır. Qapılar boyu uzanan xətt, damın maillik dərəcəsini vurğulayır.

Avtomobilin arxa tərəfi isə, Porsche sportkarlarını xatırladan üslubda dizayna malikdir. Burada alman sportkarlarına xas olan "ördək quyruğunu" da görmək olar. Təkər disklərinin dizaynı da mürəkkəb formaları ilə diqqəti çəkir. İnteryerin bənövşəyi və mavi rəngində işıqlandırılması isə, elektrokarın kontur işıqlandırmasının müxtəlif çalarlara malik olmasından xəbər verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektromobilin təqdimatı mart-aprel aylarında keçirilməli idi, lakin kiçik təkmilləşdirmələrə görə debüt tarixi dəyişdirilməli oldu. Daha böyük tutumlu batareyanın quraşdırılmasından əlavə, Ioniq 6 modelinin bamperlərinin formasına yenidən baxılıb, bu da öz növbəsində aerodinamikanı yaxşılaşdırıb.

Ioniq 6 modelinin  Cənubi Koreyada 2023-cü ildə satışa çıxacağı gözlənilir, sonra isə, Hyundai şirkəti Ioniq 7 modelini edəcəkdir. Bu, Seven konseptinə əsaslanan və ölçülərinə görə Palisade krossoveri ilə müqayisə edilən elektrik krossoveri olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.