Son 20 ildə avtomobillərin sayının sürətlə artması yer kürəsinin atmosferinə mənfi təsir göstərir. Avtombillərin atmosferə atdıqları zərərli maddələr ekologiyanı korlayıb. Bu da öz növbəsində xəstəliklərin artmasına və immunitetin zəifləməsinə yol açır. Sirr deyil ki, daxili yanma mühərriklərini nə qədər də ekoloji etməyə çalışsalarda, buna tam nail olmaq mümkün deyil.

Avtomobil istehsalçıları müxtəlif texnologiyaları tətbiq edərək daha ekoloji avtomobillərlə eksperimentlər edirlər. Daha təmiz benzin və dizel yanacaq, tullantılardan alınan yanacaqlar, hidrogen, hibrid, təbii qaz, hava ilə işləyən pnevmatik mühərrikər, günəş batareyalarından enerji alan akkumlyatorlar və sonunda seçim elektomobillərdə dayanıb.

Bəs elektomobillərin istifadəsi ənənəvi avtomobillərdən üstünlüyü nədir. Bunun üçün mən Hyundai şirkətinin istehsal etdiyi İoniq avtomobilnin testini edərək müqayisə keçirdim. Avropa artıq 2022-ci ildə elektromobillərə keçməyi planlaşdırır. Ona görə Avropa bazarında bu tip avtomobillər çox aktiv istifadə olunur. Elektrik doldurma stansiyalarının sayı sürətlə artır. Digər tərəfdən aktiv aparılan təşviqat avtomobil sahiblərinin elektomobilərə keçməyinə kömək edir.

Bunun üçün bir çox güzəştlər tətbiq olunur, insanların öz sağlamlığını və gələcəyini qorumasını təklif edilir.

Hyundai İoniq Avropa bazarında ən enerjieffektiv avtomobillərdən biri hesab olunur. Xarici görünüşü ilə digərlərində fərqlənməyən İoniq yalnız, ön radiator barmaqlıqlarının olmaması və kuzovun üzərindəki yazılardan tanına bilər. Salonunda isə daha çox fərqlilik hiss olunur. İndi ona daha ətraflı baxaq.

Daha öncə söylədiyim kimi, avtomobil ənənəvi hatchbackdən heç bir fərqi yoxdur və Hyundai-ın digər modelləri ilə eyni korporativ dizaynla hazırlanıb. Diqqəti çəkən məqamlardan biri 5-ci qapıda olan spoylerin arxa şüşəni iki hissəyə bölməsidir.

Bunun mənfi tərəfi salondakı güzgünün görüntüsünü məhdudlaşdırmasıdır. Amma yaxşı tərəfi odur ki, aerodinamikanı yaxşılaşdırır, bundan əlavə arxa şüşənin çirklənməsinin qarşısını alır, çünki arxa şüşətəmizləyən bu model üçün nəzərdə tutulmayıb.

Ön barmaqlıqların əvəzinə gümüşü rəngli tam plastiklə bağlanmış hamar dizayn görürük. Xarici görünüşün dizaynı əlbəttə ki, zövqə bağlıdır - ona şedevr və ya ilin dizaynı demək olmaz, zənnimcə yetərli qədər gözəgəlimlidir.  Kuzovun aerodinamik əmsalı 0.24 olması onun daha qənaətcil olmasına imkan yaratmalıdır.

Image alt Image alt Image alt

İnteryerə gəldikdə isə şirktin ümumi stilistikasındadır. Yalnız orta konsol diqqət çəkir. Ənənəvi sürətlər qutusunun başlığının əvəzinə düymələr yerləşdrilib. Bu da P (park), D (İrəli), N (neytral) və R (arxa) hərəkət üçün düymələrdən ibarətdir.

Cihazlar paneli isə digərilərindən çox fərqlidir. Elektron display avtomobilin ayarlarından asılı olaraq dizaynını və rəngini dəyişir. 3 rejim (eco, standart və sport) orta konsoldakı düymədən idarə olunur. Sağ tərəfdə avtomobilin texniki vəziyyətini göstərən display yerləşir.

Onun funksiyalarını sükandakı düymələrdən idarə edərək dəyişmək mümkündür. Fikrimcə, onların içərisindəki əsas display göstərişi akkumlyatorun vəziyyəti və qrafik olaraq enerjinin sərfiyatı və rekuperasiyasını göstərən hissədir.

Bu göstəricilərlə enerjinin sərfiyyatını nəzarət altında saxlamaq olur. Tam kənarlarda, sağ tərəfdə akkumlyatorun enerji səviyyəsnin göstəricisi, solda isə sərfiyyatın göstəricisi böyük qrafik elemetlərlə göstərilib. Tam ortada sürət şkalası və məsafə ehtiyatını km ilə göstərilir. 

Orta konsolda 8-düymlük ekran yerləşir. Displayin yarısı naviqasiya sistemi olsa da, oradan heç bir məlumat ala bilmədim, naviqasiya işləmədi. Orta konsoldakı multimedia sistemi müasir planşetlərin stilində qrafika ilə təmin olunub. Onları idarə etmək smartfonlar qədər asan və intutivdir.

Hətta Android Car və Apple Car Play-in ikonları ilə qarşılaşdım. Bu müasir zamanın tələbidir və onun olması alqışa laqidir. Daha öncə sistemə Bluetooth vasitəsi ilə qoşulmuş iPhone, Apple Car Playlə yalnız kabel vasitəsi ilə işlədi.

Ekrana yalnız müəyyən tətbiqlər (application) çıxdı. Zənglər və messengerlər (iMessage və What’s App də həmçinin) Siri vasitəsi ilə səslə idarə olunur. Mesajı göndərmə və oxunması səs komandaları ilə idarə olunur.

Ortaya sual çıxır ki, rus dilində latın qrafikası ilə yazılan mesajlar necə oxunacaq... Car Play-də Google Maps də çalışır, və bu da yaxşı xəbərdir, çünki rahatca ondan naviqasiya kimi istifadə oluna bilər. What’s App-lə mesaj göndərməyi test etdim, normal olaraq çalışır. Axı müasir həyatda məhz bu messencer standarta çevrilib. 

Oturacaqlar rahatdır, qısa zamanda onu ayarladım. Sükan və onun üzərindəki düymələrlə idarə də rahatdır.

Oturaca qızdırılması, sükanın qızdırılması konsoldakı düymələrdən idarə olunur. Klimat kontrol orta konsolda yerləşir və kiçik displayində olan göstəriciləri düymələr vasitəsi ilə ayarlana bilir. Beləliklə, ilk baxışdan sonra yola çıxaq. Elektromotor tam səssiz işləyir. Sükanın sol tərəfində motorun səs düyməsi yerləşir. Onun çalışması və ya çalışmaması elə də fərq etmir, səs çox az səviyyədə çıxır. Məncə opsiya kimi xarici dinamiklər və motor səsinin imitsasiyası opsiyası olsa daha təhlükəsiz olardı. Və onun da artırıb, azaltmaq və ya dəyişmək ayarları olsa lap əla olardı. Məsələn, istəyirsən superkar səsi et, və ya stanadart avtomobil səsi.

Onu da qeyd edim ki, şinlərin, transmissiyanın və küləyin səsi müəyyən səviyyədə bunu kompensasya etsə də, yenə də piyadalar tərəfindən eşidilməyə bilər.

D düyməsinə basaraq hərəkətə başlayırıq. İoniq stabil olaraq, heç birsıçrayış olmadan sürətlənir. Sürətlənmə yetərli qədər cəlddir. Hətta DYM-dən (daxili yanma mühərriki) fərqli olaraq akkselerator pedalının kik-dovn olunması yalnız batareyanın sürətlə azalması ilə nəticələnir, ona görə davamedici təzyiq göstərilməsi yetərlidir. Benzin qardaşlarından frəqli olaraq, elektormotrun gücü onlardan yüksəkdir və stabildir. Əlbəttə ki, sürətin yüksəkliyi batareyanın həcmini sürətlə yeyir. Sükan və asqılar hərəkət ayarlarından (eco, standart və sport) asılı olaraq sərt və ya yumşaq olur. Amma buna baxmayaraq bütün rejimlərdə sükanın infortivliyi və çox yumşaq olmaması xoşuma gəldi. Asqıların bir az sərt olması yol səthinin kələ kötürünü hiss etdirsə də, diskomfort yaranmır, amma bu onun idarə olunmasına ayrı bir ləzzət qatır. Virajları və döngələrı İoniq yetərli qədər sürətlə və tormozlamadan keçmək imkanı yaradır.

Akkumlyator batareyası arxa oturacaqlar və bagajın altındadır və bu da idarə olunmasına təsir edir. İdman xarakteri onun ağırlıq mərkəzinin aşağı olmasından irəli gəlir. İdarəolunmasına mən 4+ qiymət verirəm.

İndi əgəl əsas məsələyə - nə qədər yol gedir, necə doldurulur və neçəyə başa gəlir. İlk batareyadan başlayaq. İstehsalçı batareyaya 8 il zəmanət verir, bu müddət ərzində bütün problemlər pulsuz servis tərəfindən həyata keçirilir. Əlbəttə ki, batareyaların xüsusuiyətindən biri onun həcminin azalmasıdır. Salonda xəbər veridlər ki, batareya hissə hissə də dəyişilə bilir ki, gələcəkdə təmir xərcləri azalsın. Batareya doldurulması hələ ki, ölkəmizdə bunun problemli tərəflərindəndir. Belə məntəqələri barmaqla saymaq olar, Heydər Əliyev mərkəzinin dayanacağı, Gənclik Mall yeraltı dayanacağı, bir neçə hava limanı yolunda SOCAR yanacaq doldurma məntəqəsi.

Bakıdan kənarda belə məntəqələrin olması haqqında heç bir məlimat yoxdur. Bu məntəqədəlrdə 3 fərqli güclə doldurma imkanı var. Mən ən rahat olan Heydər Əliyev mərkəzinin dayanacağında olan stansiyadan istifadə etdim. Ən güclü variant 50kW doldurma İoniq-in 28kW batareyasını yarım saat içində etməli idi.

Amma mən orada bir saat yarım vaxt itridim. 5 dəfə səhv çıxdı, doldurma dayanırdı və hər dəfə doldurma qolunu çıxarıb təzdən qoşmaq məcburiyyətində qaldım. Sonunda 92%-də avtomobil doldurmanı dayandırdı. Bu da batareyanın ömrünü uzadılması üçün edilən proqram təminatı tərəfindən edilir. 

Tam dolmuş 28 kW-lıq batareya ilə 205-280 km yol getmək olur. Buna da təsir edən amillər, sürət, sürmə ayarları, yol səthi, sürətlənmə və kondisionerin işlənməsi təsir edir. Amma yaxşı xəbər ondadır ki, avtomobildə rekuperasiya var, o da tormozlanma zamanı batareyanı doldurur. Bunun də səviyyəsini ya kompyuterdən, ya da sükanda olan qollardan ayarlamaq olur.

Hətta artıq tormoz pedalından istifədəyə ehtiyac qalmır, bu da tormoz kolodkalarını 100 min km qədər istifadəsini uzadır.

Bunu ayarlayaraq bir doldurmada məsafəni 280 km kimi yüksəltmə olar.

Dolsurmaya (zaryadka) gəldirkdə isə bagajda olan adaptor vasitəsi ilə evdəki rozetkadan belə etmək olar. Amma 2 fazalı elektrik cərəyanı batareyanı 9-11 saata, 3 fazalı isə 4 saata doldurur. Yəni rayona getsəniz, hazır olun ki, bütün gücəni maşın zaryadka olmalıdır. Telefonlardan fərqli olaraq, maşın üçün hələ mobil powerbank mövcud deyil.

Düşünün ki, axşam yolulmuş evə gəlirsən, avtomobili cərəyana qoşmaq yaddan çıxır, səhər oyanırsan ki, nə maşında da zaryadka var, nə də telefonda. Gəl görüm nə edirsən! Bu əlbəttə bir zarafatdır, amma reallıq da ola bilər.

Sərfiyyat bortkompyüter tərəfindən 14.1 kW səviyyəsində göstərirdi, bu da cəmi 200 km məsafə qət etməyə imkan verir. Batareyanın səviyyəsi 20%-dən aşağı enəndə bortkomputer və konsoldakı monitorda xəbər çıxmağa başlayır ki, qulaqardına verməyəsən.

İoniq-i idarə etmək dietaya bənzəyir. Hər zaman bir gözün batareya və sərfiyyatda olmalı, qənaət etməlisən, rekuperasiya funksiyasında istifadə, tormozlanma üçün sükanarxası qollardan istifadə etmək və s. Batareya aşağı səviyyəyə düşəndə isə stress keçirə bilərsən ki, yolda qalacağam.

Bəs elektomobilin, hal hazırda, İoniq-in ənəvi avtomobildən üstünüyü nədir. İlk növbədə ekologiya. Artıq ekologiya bərbad vəziyyəttədir. Sahibi üçün isə əhəmiyyətli tərəfi qənaət. Bu gün hələ ki, doldurma məntəqələri pulsuzdur. Evdə adi cərəyandan doldurma xərci 28kW üçün 2.60 qəpik edir.

Benzinlə müqayisədə, 12 manat qənaət olur (benzin mühərrik üçün 200 km məsafə ortalama yanacaq xərsi 14.60 manatdır).

Heç bir yağdəyişmə yoxdur, təmir xərcləri demək olar ki, minimal səviyydədir.

Hyundai servisdə aldığım məlumata görə, 200.000 il yürüşə analogi model Elantra üçün ortalama xərc 14 min manatdır, İoniq üçün isə 1-2 min səviyyəsində olmalıdır. Ortalama maşını dəyişmə müddəti 5-8 il olmasını nəzərdə tutsaq, sürüş məsfəsi ildə 15.000 km götürsək, 8000 manat qənaət olur. 

Qısa hesablama etsək, 35 min manat olan Elantra, 65 min manat İoniq ilə qiymət fərqi 30 min edir. Bundan da çıxaq 8000 manat, yenə də ənənəvi benzin motorlu maşın 22 min manat ucuz başa gəlir. Bunun da səbəbi gömrük təmizlənməsi 36%səviyyəsindədir. Hələ də bunu tənzimləyən qanunun olmamasıdır.

Elektomobillərin ölkəmizdə populyar olamaması və bu bazarın olmaması gömrükdə elektomoilləri avtomobil tarifləri ilə deyil, elektrik avadalığı kimi hesablanır. Bu da onun qiymətinin yüksək olması ilə nəticələnir. Amma, deyilənə görə bu məsələ dövlət strukturlarında müzakirə edilir və dəyişiklər ediləcəyi gözlənilir. Ümid edirəm ki, elektomoillər təmamilə gömrük vergilərindən azad olacaq və hətta təklif edərdim ki, onu istifadə edən şirkətlərə vergi imtiyazları tətbiq edilsə, bu avtomobillərin yayılmasına təkan verə bilər.

Qənaət olunmuş netf məhsulalrını isə ixrac edib, ölkəyə valyuta cəlb etmək olar. Həm sağlam orta, həm də ixracatdan büdcənin dolmasına nail ola bilərik. Həmin valyutanı da elektomobillərin istehsalına yönəldərək, yeni istehsalat yaratmaq olar. 

Elektrik doldurma stansiyalarına gəldirkdə isə, bu o qədər da bahalı olmayan qurğulardır, qiyməti 14 min dollardan başlayaraq 50 minə kimi dəyişir.

Elektomobillərin satışı artarsa, hətta dilerin nümayəndəsənin dediyinə görə Azərbaycanın bütün rayonlarında və yollarında 50 km bir belə stansiyaların yaradılmasının mümkün olduğunu söylədilər. Mən isə bunun üçüncü şirkətlər tərəfindən şəbəkələrin yaradılması kimi görürəm. Yaxud dövlət tərəfindən pulsuz və ya ucuz qiymətə belə stansiyaların qurulması bunun yayılmasına təşviq edər. Deyəcəksiniz ki, bu fantastikadır. Amma bütün dünya buna doğru gedir, biz də bundan kənarda qalmayacağıq.

Əsas odur ki, gecikməyək və bundan əlverişli istifadə edək.

Avtomobil Hyundai Azərbaycan tərəfində testə təqdim olunmuşdur.