Hyundai Motorun elektrikli nəqliyyat vasitələri bazara yeni Ioniq markası ilə çıxacaqdır. Yaxın dörd il ərzində Koreyanın avtomobil nəhəngi üç yeni elektrokar buraxmağı planlaşdırır. Bunlar Ioniq 5, Ioniq 6 və Ioniq 7 modelləri olacaqdır. Tək rəqəmlər altında krossoverlər, cüt rəqəmlər isə minik avtomobilləri buraxılacaqdırlar.Hyundai

Hyundai Motor korporasiyasının yeni subbrendi haqqında ətraflı məlumat ilə TheKoreanCarBlog paylaşıb. Jurnaslistlər mətbuat xidmətinin bazasında açıqlamanı və gələcək modellərin rəsmi renderlərini aşkar ediblər.

Ioniq markası, Genesis brendi ilə eyni ssenariyə əsasən yaradılıb: Hyundai Motor şirkətinin yeni seqmentdəki müvəffəqiyyət sinoniminə çevrilmiş tanınan bir ad ayrı bir marka kimi üzə çıxır. Rebrendinqdən sonra Hyundai Genesis modeli Genesis G80 sedanına çevrilsə də, Hyundai Ioniq modellərindən heç biri "öz" markası altında satılmayacaqdır.

Hyundai konseptləri "5", "6" və "7" nömrələri ilə Ioniq markası altında seriyaya gedəcəkdir: 5 modeli 45 EV krossoveri, 6 - elektrik Propechy kupeşəkilli sedan, 7 isə naməlum tam ölçülü elektrik ofrouderi olacaqdır.

Image alt Image alt Image alt Image alt

Texniki hissə barədə ətraflı məlumat yoxdur: bütün Ioniq xətti E-GMP modul elektrik platformasına əsaslanacaqdır. Elektromobillərin əsas xüsusiyyətləri uzun yürüş məsafəsi, sürətli elektrik yüklənməsi, geniş salon, intuitiv və erqonomik interfeys olacaqdır.