Bu həftəsonu Formula 1 azarkeşlərinin diqqəti Avropa qitəsində keçirilən ilk Qran Priyə - İspaniya Qran Prisinə yənəlib. Dünən Barselona yaxınlığındakı avtodromunda keçirilən təsnifat mərhələsində Mercedes komandasının fin pilotu Valtteri Bottas poulu qazanan pilot olub. Bu Valtterinin bu mövsümdə əldə etdiyi üçüncü ardıcıl pouludur.

Fin pilot ən yaxşı zamanını final seqmentinin başlanğıcındakı ilk cəhdində göstərib - Valtteri əvvəlki zamanından yarım saniyə yeyin olub. Onun komanda yoldaşı Lyuis Həmilton isə Ferrari pilotu Sebastyan Fetteli qabaqlayaraq Mercedes komandasına yenidən ilk sıranı təmin edib. Üçüncü nəticəni Red Bull Racing komandasının pilotu Maks Ferstappen qeydə alıb.

Avtomobili ilə problem yaşayan Şarl Lekler sonuncu seqmentdə iki ardıcıl dövrə vuraraq yalnız beşinci nəticəni göstərə bilib. Altıncı yeri Red Bull pilotu Pyer Qasli, yeddinci və səkkizinci yerləri Romen Qrojan və Kevin Maqnussen tutblar. Beşinci cərgədən isə Daniil Kvyat və Lando Norris start alacaqdırlar. Əslində doqquzuncu nəticəni Danel Rikkardo göstərsə də, Kvyatla Bakıdakı toqquşması səbəbi ilə avstraliyalı pilot üç sıra itirib.