İspan Bengala Automotive Design SL. aleylesi Bentley Bentayga krossoverinin bazasında inşa etməyi planlaşdırdığı ekstremal ofrouderin eskizlərini yayıb. Bentayga² adını almış ofrouder 15 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.

Mənzil qərargahı və dizayn studiyası Madriddə yerləşən atelye bu layihəni həyata keçirmək üçün ofroud yarışlarında iştirak edən ispan komandası ilə birləşib. Əsas məqsəd brutal, eyni zamanda dəbdəbəli olan ofrouderin yaradılmasıdır.  Bentayga² adı isə, layihənin ekstremal Mercedes-Benz G 500 4x4² ofrouderinin yaradılması reseptinə uyğun olaraq hazırlanacağına işarə edir.

Image alt Image alt Image alt

Layihə haqqında məlumat məhdud səviyyədədir. Benltey Bentayga modelinin artırılmış klirensə malik olan asqı sisteminə, güc bamperlərinə, iri təkər disklərinə, genişləndirilmiş təkər tağlarına, yolsuzluq şinlərinə və əlavə işıqlandırmaya sahib olacağı bildirilib. Ofrouderin çəkisinin azaldılması məqsədilə, karbondan hazırlanmış kuzov panellərindən geniş istifadə ediləcəkdir.