Jaguar şirkəti F-Pace krossoverinin ən güclü versiyası olan F-Pace SVR modelini yeniləyib. Yenilənmiş model yalnız eksteryer və interyerdəki yeni cizgilərlə deyil, həm də onun məhsuldarlığını artıran təkmilləşdirilmiş "içalat" ilə seçilir.

Yenilənmiş Jaguar F-Pace SVR modeli 5,0-litrlik V8 ilə təchiz olunur. Mühərrikin gücü dəyişməz olaraq qalıb - 550 at qüvvəsi. Bununla belə, güc aqreqatının fırlanma anı 20 Nm artırılaraq 700 Nm çatıb. Bunun sayəsində krossoverin maksimal sürət həddi 283-dən 286 km/saata qədər artıb. Yenilənmiş ofrouder 100 km/saat həddinə 4,0 saniyəyə sürətlənir ki, bu da əvvəlkindən 0,3 saniyəyə yeyindir. Yenilənmiş F-Pace SVR modeli yenidən tənzimlənmiş amortizatorlara və sükan idarəetməsinə, həmçinin yenilənmiş əyləc sisteminə sahib olub - mühəndislər vakuum gücləndiricisini elektrik variantı ilə əvəzlənib. Bundan başqa, əyləc qəlibləri də dəyişdirilib.

Krossoverə daha idman görünüşü qazandıran eksteryer dəyişiklikləri, eyni zamanda unitilitar funksiyaları yerinə yetirirlər. Jaguar nümayəndələri yenilənmələr sayəsində kuzovun aerodinamik müqavimət əmsalının 0,37-dən 0,36-a endiyini iddia edirlər. Böyüdülmüş hava dəlikləri mühərrikin və əyləclərin daha yaxşı soyudulmasını təmin edirlər. Krossover yeni 22-düymlük yüngül lehimli təkər diskləri ilə təchiz edilir.

Salonda, Apple CarPlay və Android Auto protokollarını dəstəkləyən və “hava” üzərindən yenilənə bilən, habelə 11,4-düymlük sensorlu ekranı və iki LTE modem olan yeni Pivi Pro multimedia sistemi quraşdırılır. Smartfonların simsiz doldurulması üçün xüsusi meydança da var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Jaguar F-Pace SVR modelinin təchizaztına yoldan yaranan vibrasiyaları avtomatik olaraq boğan texnologiya və avtomobildən çıxarkən maneələr barədə xəbərdar edən Clear Exit Monitor sistemi daxildir.

Yenilənmiş Jaguar F-Pace SVR modelinin Britaniyadakı satış qiyməti 77.595 funt sterlinqdən başlayır.