Böyük Britaniyada xüsusi seriyadan olan Jaguar F-Type Reims Edition modelinin satışlarına başlanıb. Xüsusi seriyadan olan avtomobilin adı və rəngi, 1954-cü ilin Jaguar D-Type modelinin, Fransanın Reyms Qu trekində keçirilmiş 12 saatlıq marafonda əldə etdiyi uğuru xatırlatmalıdır.

Jaguar F-Type Reims Edition

Jaguar F-Type Reims Edition kupesi, 2019-cu ilin sonlarında debüt edən XE Reims Edition modelinin ənənəsini davam etdirir. Jaguar XE Reims Edition sedanı kimi, F-Type Reims Edition kupesi də, Exterior Black Pack stayliq dəstinə malik olan eksklüziv mavi French Racing Blue rəngli kuzova malikdir.

Bu o deməkdir ki, qanadlardakı havalandırma barmaqlıları, lövhəciklər , emblemlər, radiator barmaqlığının haşiyəsi və 20-düymlük təkər diskləri parlaq qara rəngə boyanıb.  Qətran kimi qara tərtibata malik olan interyer də, “diqqətlə seçilmiş” opsiyalarla yanaşı Black Pack dəsti ilə tamamlanır.

Jaguar XE Reims Edition

Bu opsiyaların arasında panoram dam, qızdırılan oturacaqlar, sükan və alın şüşəsi, habelə ikizonalı klimat-kontrol var. Xüsusi versiyanı iki mühərrik ilə sifariş etmək olar: P300 və P450. Birinci halda, avtomobil 300 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərrik, ikinci halda isə 380 at qüvvəli 3,0-litrlik kompressorlu V6 mühərriki təchiz edilir.  

Hər iki aqreqat səkkiz pilləli Quickshift “avtomatı” ilə tandemdə çalışır. Ötürmə - yalnız arxa oxadır. P300 kupesinin qiyməti 58.950, P450 modifikasiyasının isə 71.450 funt sterlinq təşkil edəcəkdir.

Jaguar XE Reims Edition

F-Type Reims Edition tərtibatı, Fransanın Şampan bölgəsinin qeyri-rəsmi paytaxtı sayılan Reyms şəhərinin deyil, ümumi istifadə yollarnda təşkil edilən Reyms Qu trekinin adını daşıyır.

1950-1966-cı illər arasında burada Formula 1 çempionatının Fransa Qran Prisi keçirilib. 1954-cü ildə burada 12 saatlıq dözümlülük yarışları keçirilib və bu marafonda, Jaguar D-Type avtomobilinin Ken Varton və Piter Vaytheddən ibarət olan heyəti qalib gəlib.