Yeddi illik istehsal müddətində Jaguar F-Type modeli çoxsaylı modifikasiyalara sahib olsa da, onun eksteryeri və interyeri dəyişilməz qalıb. Britaniya markası nəhayət ki daşı ətəyindən tökərək modelin geniş miqyaslı yenilənməsini həyata keçirib. Ön tərəfədən F-Type tamamilə dəyişib – indi o Jaguar XE və XF modellərinə bənzər olub. Söyləmək gərəkdir ki, bu dəyişiklik modelin birmənalı xeyrinədir.

İlk baxışda irilənmiş hava girişləri və kapotdakı səhəsi genişləndirilmiş hava yönləndiriciləri diqqəti çəkir. Əlavə ödənişlə modeli dinamik dönmə işıqları olan matrisa fənərləri ilə də təchiz etmək olar. Eyni zamanda, arxa fənərlər və bamperin də dizaynı dəyişdirilibdir. Arxaya vurulan nömrə nişanının yeri isə trapesiya formasını alıb.

Salonda baş vermiş dəyişikliklər də əhəmiyyətli xarakter daşıyır. Avtomobil virtual şkala və naviqasiya sisteminin xəritəsini əks etdirən 12,3-düymlük rəqəmsal cihazlar panelinə sahib olub. Touch Pro mediasistemi daha iri displeyə və məsafədən yenilənmə funksiyasına malik olub. Bundan başqa, tərtibatda daha bahalı materiallardan istifadə edilir.

Texniki dəyişikliklər isə cüzidir. Məsələn, Quiet Start funksiyası peyda olub ki, bu da səhər tezdən yatmış qonşuları oyatmamaq üçün  mühərriki “sakit rejimdə” işə salmağa yardım edir. İllahi ki, avtomobili işə salarkən “yaquar nəriltisi” eşitmək istəyirsinizsə, bu zaman xüsusi düyməyə basaraq “sakit rejimi”  qabaqcadan söndürmək gərəkdir.

Yenilənmiş Jaguar F-Type modelinin baza variant 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik “turbodördlük”, 8-pilləli “avtomat” və arxa ötürmə ilə təklif olunur.380 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edən 3,0-litrlik kompressorlu V6 mühərriki ilə təchiz edilən F-Type Avropada təklif edilən model çeşidindən çıxarılıbdır. Lakin, digər bazarlarda bu modifikasiya (arxa və tam ötürmə ilə) təklif ediləcəkdir. Modeli Ingenium ailəsindən olan yeni altısilindrli model üçün adaptasiya etməyiblər. Bu işə çəkiləcək xərclər həddən ziyadə yüksəkdir…

Bunun əvəzinə britaniya markası modeli 450 at qüvvəsi və 580 Nm fırlanma anı hasil edən 5,0-litrlik mexaniki kompressorlu V8 mühərriki ilə təchiz edəcəklər. Əvvəllər bu mühərrik 495 at qüvvəsi və 625 Nm hasil edirdi. V8 mühərrikinə malik olan kupe və rodsterlər arxa və ya tam ötürmə ilə təklif olunacaqdırlar. Bütün modifikasyalarda 100 km/saat həddinə sürətlənməyə 4,6 saniyə tələb edilir. Maksimal sürət isə 285 km/saat təşkil edir.

Jaguar F-Type R modelini isə daha ciddi şəkildə təkmilləşdiriblər. Əslində, “qaynar” model əvvəlki Jaguar  F-Type SVR top versiyası ilə bənzər xarakteristikalara sahib olub. Mühərrikin gücü 550 at qüvvəsindən 575 at qüvvəsinə, fırlanma anı isə 680 Nm-dən 700 Nm-ə qədər artırılıb. 8-pilləli “avtomat” yeni tənzimləmələrə sahib olub və ötürmələri daha yeyin həyata keçirir.  F-Type R yeni yaylara, amortizatorlara və stabilizatorlara, həmçinin arxa asqının yeni şarnirlərinə və daha geniş şinlərə sahib olub. Jaguar F-Type R modeli 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir və 300 km/saatlıq maksimal sürət həddinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada yenilənmiş Jaguar F-Type modelinə sifarişlər artıq qəbul edilir. Kupe 64.200, rodster isə 71.200 avrodan başlayan qiymətlər ilə satılır. Əlbəttə ki, modelin xüsusi salon tərtibatına və 20-düymlük təkər disklərinə malik olan First Edition versiyası da mövcuddur.