Bu günə qədər Jaguar I-Pace elektrik krossoveri yalnız iki ədəd 200 at qüvvəli elektrik mühərriki (hər oxda bir ədəd) ilə təchiz edilən EV400 modifikasiyasında təklif olunurdu. İndi isə, elektrokar EV320 adlanan yeni modifikasiyaya sahib olub.Qeyd etmək lazımdır ki, yeni modifikasiya bir neçə Avropa ölkəsində satışa çıxarılacaqdır.

Jaguar i-Pace EV320 krossoveri də iki elektrik mühərriki və tam ötürmə ilə təklif edilir, lakin mühərriklərin hər birinin hasilatı 200 at qüvvəsindən (348 Nm)160 at qüvvəsinə (250 Nm) qədər azaldılıb. Beləliklə, yeni modifikasiyanın ümumi hasilatı 320 at qüvvəsi və 500 Nm təşkil edir.

Daha güclü EV400 versiyası hasilatı isə, 400 at qüvvəsi və 696 Nm təşkil edir.  Jaguar i-Pace EV320 modeli 100 km/saat həddinə 6,4 saniyəyə sürətlənir və 180 km/saatlıq makimal sürət həddinə  malikdir. EV400 modifikasiyasında bu göstəricilər müvafiq olaraq 4.8 saniyə və 200 km/saatdır.

Yeri gəlmişkən, hər iki modifikasiya eyni 90 kilovat-saatlıq dartma batareyası ilə təchiz edillir. Buna görə, cərəyan yüklənmədən qət edilən yürüş məsafəsi də eynidır  - WLTP dövrünə əsasən 470 kilometr. Ancaq, EV320 modifikasiyasını alarkən on min avroya qənaət etmək mümkündür:

Almaniyada, yeganə SE təchizat səviyyəsinə malik olan elektrik krossoverinin qiyməti 75,350 avrodan başlayır. Doğrudur, EV400 modelinin eyni qiymətə təklif edilən daha sadə təchizatlı S versiyası da mövcuddur. Çox güman ki, EV320 modifikasiyası da sonradan S versiyasında təklif ediləcək və bir qədər əlverişli qiymətə malik olacaqdır .