Jaguar şirkəti Gran Turismo World Tour-un Yaponiyada keçirilən mərhələsində Gran Turismo Sport yarış simulyatoru üçün nəzərdə tutulmuş tamötürməli Jaguar Vision Gran Turismo Coupe sportkarını nümayiş etdirib.

Britaniya markasının dizaynerləri virtual sportkar üzərində işləyən zaman, brendin bu günki  və keçmiş yarış tarixindən ilham alıblar: əfsanəvi C-type və D-type modellərinin, həmçinin Formula E çempionatında iştirak edən I-type 4 bolidinin təsiri xüsusi ilə güclü olub. Geriyə doğru çəkilmiş kabina isə Jaguar Lightweight E-type modelinə göstərilən ehtiramın əlamətidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yaradıcılarının fikrincə, virtual sportkarın əsasını karbon-alüminium monokok təşkil edir. Kuzov panelləri isə “eksperimantal yüngül materiallardan” hazırlanıbdır. Jaguar Vision GT Coupe modelinin çəkisi 1400 kq, çəkinin oxlar arasında bölünməsi isə 50:50 nisbətindədir. Kupe ümumi hasilatı 1020 at qüvvəsi və 1200 Nm olan üç elektromotorla (biri ön oxda, ikisi isə arxa oxda) hərəkətə gəlir. Sportkar 100 km/saat həddini iki saniyədən az müddətə toplayır və 322 km/saat maksimal sürət həddinə malikdir.

Superkarın maraqlı xüsusiyyətləri arasında aktiv antiqanad, sürücüyə gərək olan məlumatları rahat şəkildə təqdim edən KITT-E məlumat sistemi, holoqrafik proyektor, həmçinin tamamlanmış reallığı olan yan şüşlərə daxildir. Bu şüşələrdə maneələr və potensial təhlükəli obyektlər əks etdirilir. Vitrual elektrokarın unikal səsli müşayəti Le Manda iştirak edən D-type 603 modelinin 3,8-litrlik sıralı altısilindrli mühərrikinin səsi əsasında hazırlanıb.