Jaguar şirkəti 2021-ci model ilinin E-Pace krossoverini nümayiş etdirib. Yüngül restyalinqdən keçən modeldə baş verən əsas dəyişikliklər interyer və texniki hissədədir.

Yenilənmiş krossover bir qədər dəyişdirilmiş ön bamperə, hava girişlərinə və almaz naxışlı radiator barmaqlığına sahib olub. LED ön fənərlər J-şəkilli gündüz hərəkət işıqlarını əldə edib. Üstəlik, əlavə ödəniş müqabilində onları Pixel LED sistemi ilə təchiz etmək olar. Bənzər sistem Jaguar F-Pace modelində də quraşdırılır, işıqlanmadan və yaxınlaşan avtomobillərin mövcudluğundan asılı olaraq optikanın işini müstəqil olaraq tənzimləyir.

Krossoverin salonunda smartfonların simsiz doldurulması üçün bölmə və bahalı versiyalar üçün standart olan yeni Pivi Pro 7 multimedia sistemi peyda olub. Multimedia sistemi ikiqat örtüklü 11,4-düymlük əyri sensorlu ekrana malikdir.

Bundan əlavə, interyer tərtibatında daha keyfiyyətli və yumşaq materiallardan istifadə olunur. Sükan çarxıyenisi ilə əvəzlənib, havanı ionlaşdırma sistemi isə PM 2.5 sərt hissəciklər sensoru olan filtri əldə edib. 12,3-düymlük rəqəmsal cihazlar paneli opsiyadır.

Jaguar E-Pace modeli mühərrikin yeni dayaqlarına, habelə hərəkəti daha rahat etmək, salondakı titrəyişləri və səs-küyü azaltmaq üçün nəzərdə tutulan ön asqının daha sərt bərkitmə nöqtələrinə sahib olub.

Modelin mühərrik çeşidi də dəyişikliklərə məruz qalıb. Ingenium ailəsindən olan 2,0 litrlik dizel aqreqatının gücü 150-dən  163 at qüvvəsinə qədər artırılıb. Bu mühərrikin 180 at qüvvəli variantının gücü 199 at qüvvəsinə çatdırılıb. Fırlanma anı dəyişməyib - müvafiq olaraq 380 və 430 Nm. Ən güclü dizel mühərriki ilə təchiz edilən krossover artıq 100 km/saat həddinə 8.4 saniyəyə (- 0,7 saniyə) sürətlənir. 163 at qüvvəli modifikasiyanın dinamikası barədə məlumat verilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Benzin turbomühərriklərinin gücü dəyişməyib. Mühərriklər əvvəlki kimi 200 və 249 at qüvvəsi təklif edirlər. Eyni zamanda, hər iki versiya dinamikada itiriblər və 100 km/saat həddinə əvvəlki 8,2 və 7,1 saniyə əvəzinə 8,5 və 7,5 saniyəyə sürətlənirlər. Bütün mühərriklərin 9-pilləli ZF avtomatik transmissiyası ilə təchiz edilirlər. Modifikasiya çeşidinin zirvəsində 300 at qüvvəli mülayim hibrid qurğu ilə təchiz edilən E-Pace 300 Sport versiyası yerləşir.

ABŞ bazarında yenilənmiş Jaguar E-Pace modelini 40.995 dollardan (+ 1500 dollar) başlayan qiymətlərlə təklif edirlər.