Jaguar şirkəti rəsmi olaraq XF Sportbrake universalının yeni nəslini təqdim etmişdir. Yeni universal “alman üçlüyündən” olan universallar ilə rəqabət aparacaqdır.

Jaguar XF Sportbrake modelinin qabarit uzunluğu 4955 millimetr, eni – 1987 millimetr, hündürlüyü isə 1496 millimetr təşkil edir. Yeni universalın təkər bazası 2960 millimetrə bərabərdir. Universalın baqaj bölümünün həcmi 565 litr təşkil edir. Arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1700 litrə qədər artırıla bilər. Yeni universalın mühərrik çeşidinə iki benzin və dörd dizel mühərriki daxil edilmişdir. Benzin mühərrikləri 250 at qüvvəsi və 365 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik, həmçinin 380 at qüvvəsi və 450 Nm fırlanmaanı təklif edən 3,0-litrlik V6 aqreqatı ilə təmsil edilir.

Dizel mühərrikləri 163, 180 və 240 at qüvvəli 2,0-litrlik dörd silindrli aqreqatdan, və 300 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 mühərrikdən ibarətdirlər.  

Bütün mühərriklər səkkiz pilləli ZF istehsalı olan avtomatik ötürmələr qutusu ilə  təchiz edilirlər.

Ən zəif mühərrik üçün isə, əlavə olaraq mexaniki ötürmələr qutusu da nəzərdə tutulmuşdur. Dörd modifikasiya üçün tam çəkiş sistemi də nəzərdə tutulmuşdur. Jaguar XF Sportbrake universalının təchizatına adaptive amortizatorlar, panoram tavan, salondakı havanın ionlaşdırması sistemi və baqaj qapağının bamperin altında yerləşmiş verici vasitəsi ilə açılması da daxildir.

Yeni universal Böyük Britaniyada 34910 funt-sterlinqdən başlayan qiymətlərlə satılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt