Nə qədər təəccüblü olsa da, yenilənmiş Jeep Compass yalnız bu günlərdə vətəni Amerika Birləşmiş Ştatlarına debüt edib. Krossoverin dünya təqdimatı keçən ilin noyabrında Çində keçirilmişdi, daha sonra isə, yenilənmiş modelin Hindistan, Cənubi Amerika və Avropada satılacaq versiyaları təqdim edilmişdi.

Bir neçə gün öncə isə, Stellantis ittifaqına daxil olan Jeep şirkəti Şimali Amerika bazarında satılan Jeep Compass modelini nümayiş etdirib. Şimaliamerikan bazarında satılan krossoverlərin istehsalı ittifaqın Meksikadakı zavodunda yerləşdirilib.

Jeep Compass

Yenilənmə, digər bölgələr üçün nəzərdə tutulmuş avtomobillər ilə eyi üslubda həyata keçirilib. Amerikan modeli də nazik fənərlərə və radiator barmaqlığına sahib olub, yeni ön bamper isə, bütün eni boyu uzanan iri qara əlavə ilə seçilir.

İnteryer tamamilə yenidir. Ön panel gizlədilmiş yan havalandırma deflektorlarına, opsional 10,25-düymlük virtual cihazlar panelinə və UConnect 5 media sisteminin ayrıca duran planşetinə sahib olub.

Jeep Compass

Təchizat səviyyəsindən asılı olaraq, ekranın diaqonalı 8.4 və ya 10.1 düym ola bilər. Android bazalı əməliyyat sistemi “hava” üzərindən yenilənməni, habelə Apple CarPlay və Android Auto protokollarını dəstəkləyir.

Amerikada satılan Compass modellərinin xüsusiyyətlərindən biri də, modifikasiya çeşidindəki xüsusi zəngin versiyaların mövcudluğudur.

Jeep Compass

Top versiya sayılan High Altitude versiyası kuzov rəngindəki xarici dekora, 19-düymlük disklərinə, dəri salona, panoram dama sahibdir. Belə versiya 34 min dollardan  başlayan qiymətlərlə satılır. İndi çeşidə dəri ilə tərtibata, bütün oturacaqların qızdırılmasına, uzaqdan işə salma sisteminə və 18-düymlük disklərinə malik olan “orta” Latitude Lux təchizatı əlavə edilib.

Belə versiyasının qiyməti 29.600 dollardır. Bundan əlavə, bahalı Compass modelləri üçün interyerin üçrəngli tərtibatını da sifariş etmək olar.

Jeep Compass Trailhawk

İndi, yenilənmiş krossoverin baza təchizatına piyadaları və velosipedçiləri tanıma funksiyasına sahib olan avtomatik əyləcləmə sistemi daxil edilib. Opsional avadanlıqlar siyahısında adaptiv kruiz-kontrol və yol nişanlarının tanınması sistemi var. Bu köməkçiləri özündə birləşdirən Highway Assist yarı avtopilotu bir müddət sonra krossoverlərdə quraşdırılacaqdır.

Maraqlıdır ki, digər bazarlarda təklif edilən turbomühərriklər və hibrid qurğuları amerikan krossoverinin mühərrik çeşidinə daxil edilməyib. Şimali Amerika bazarında krossover yalnız MultiAir giriş sistemi ilə təchiz olunmuş 180 at qüvvəli 2,4-litrlik Tigershark atmosfer benzin mühərriki ilə təklif ediləcəkdir. Öndən çəkişli versiyalarda altı pilləli,  tam ötürməli krossoverlər isə doqquz pilləli “avtomat” ilə təchiz edilirlər.

Jeep Compass Trailhawk

Əvvəlki kimi, Trailhawk off-road versiyası ayrıca mövqeləndirlir. Belə versiya 25 millimetr artırılmış klirensi (218 millimetr), altlığın əlavə müdafiəsi, daha "dişli" şinlər, fərqli bamperlər və yedək qarmaqları ilə fərqlənir.

Active Drive Low transmissiyası isə, Active Drive sistemindən yalnız əsas cütlüyün 3.73: 1-dən 4.33: 1-ə qədər artırılmış ötürmələr nisbəti ilə fərqlənir. Bu, doqquz pilləli "avtomatın" ilk pilləsini azaldığı cərgə kimi istifadə olunmasına imkan verir. Normal şəraitdə isə, krossover hərəkətə ikinci pillədən başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Jeep Compass krossoverlərinin ABŞ bazarında satışlarına payızda start veriləcəkdir. Yenilənmiş krossoverin qiyməti 25 min dollardan başlayır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.