Jeep şirkəti yeddi yerli Grand Commander yolsuzluq avtomobilinin interyerinin fotoşəklini dərc edib. Avtomobilin təqdimatıaprel ayında keçiriləcək Pekin avtosalonunda təqdim ediləcəkdir.

eep Grand Commander modelinin qabarit uzunluğu 4873 millimetr, eni – 1892 millimetr, hündürlüyü isə 1738 millimetrdir. Onun təkər bazasının uzunluğu 2800 millimetr olacaqdır. Yeni avtomobil, Jeep Wrangler modelində debüt edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir. Grand Commander üçün bu mühərrikin gücünü 234 və 265 at qüvvəsinə qədər artıracaqdırlar. Yeni ofroder Guangzhou-Fiat birgə müəssisiəsində istehsal ediləcəkdir. Grand Commander Çində 250 min yuandan (66300 manat) başlayan qiymətlərlə satılacaqdır.

Volkswagen Teramont və Toyota Highlander modelləri ilə rəqabət aparacaq avtomobilin dizaynı, keçən il Şanxay avtosalonunda nümayiş etdirilmiş Yuntu konseptinin dizayn üslubunda hazırlanıbdır. Konsept hibrid güc qurğusu, taybatay açılan qapılara və panoram tavana malik idi. Konseptin interyerində “uçan” mərkəzi tonnel, cihazlar panelinin üç ekranı, həmçinin ikinci və üçüncü cərgənin sərnişinləri üçün nəzərdə tutulan səkkiz displey quraşdırılmışdır. Bununla belə, istehsalçı prototipin hibrid güc qurğusu barədə məlumat verməmişdir.

Image alt Image alt Image alt Image alt