Yapon məhkəməsi 500 milyon yen (4,5 milyon dollar) qarşılığında sabiq Renault-Nissan-Mitsubishi alyansının rəhbəri Karlos Qonun həbsdən çıxmasına icazə verib. Bununla belə, keçmiş top-menecerə ölkəni tərk etmək və həyat yoldaşı ilə görüşmək qadağan edilib.

Tokyonun dairə məhkəməsi bir müddət bundan öncə prokurorluğun yenidən həbs etdiyi Karlos Qonu 4,5 milyon dollar məbləğındə girov qarşılığında sərbəst qalmasına razılıq verib. Lakin, Qonun qarşısına bir neçə şərt qoyulub: o Yaponiyada qalmalı, sənədlərdə göstərilmiş ünvanda qalmalı və həyat yoldaşı ilə görüşməməlidir. İttihamçılar onun həyat yoldaşının Qonun ortaqları və ya onun maliyyə fırıldaqlarından xəbəri olan şəxslərlə əlaqəsi olacağından şübhələnirlər.

Xatırladaq ki, Karlos Qon aprel ayının əvvəlində yenidən həbs edilib. Həbs edilməmişdən bir güm öncə, Qon mətbuat konfransı keçirəcəyini və məsələyə aydınlıq gətirəcəyini bildirmişdi.