Karlos Qon 11 aprel tarixində mətbuat konfransı keçirib həqiqətləri açılayacağı barədə bəyanat verməsindən bir gün keçməmiş yaponiya məhkəməsi onun təkrar həbsinə sanksiya verib. Bu dəfə, Renault-Nissan-Mitsubishi alyansının sabiq rəhbərini Nissan şirkətinə məxsus olan bir milyon dolları israf etməkdə ittiham edirlər. Prokurorluq hesab edir ki, Qon vasitəçilərin yardımı ilə vəsaitləri çıxararaq, onları şəxsi məqsədləri üçün xərcləyib.

“Bloomberg” nəşrinin bildirdiyinə görə, prokurorluğun əməkdaşları bu gün səhər Qonun Tokyodakı mənzilinə gəliblər. Qonun vəkilinin sözlərinə görə, növbəti həbs onun müştərisinə göstərilən təzyiqdir. Karlos Qon Nissan şirkətinin rəhbərliyini prokurorluğu yanlış məlumatlandıraraq, onun həqiqəti danışmasına mane olmaq istəyir. Top menecer bir milyard yen qarşılığında azadlığa çıxmasından düz bir ay sonra yenidən həbs edilib.

Məlum olub ki, Renault və Nissan korporativ vəsaitin çıxarılması üzrə daha bir sxemi aşkar ediblər. Bu vəsaitlər Qon tərəfindən biznes-jetlərin və yaxtaların alınmasına, həmçinin oğlunun startapına yatırlamağa xərclənib.