Kaliforniyanın Karma Automotive startapı ilk dəfə olaraq ən iri milli avtomobil sərgisində iştirak edəcəkdir. Los Ancelesdə keçiriləcək avtoşouda firma Karma SC2 kupesini və Karma Revero GTS sedanını təqdim etməyi planlaşdırır. Yeni kupe SC1 Vision elektrik konseptinin inkişaf etdirilmiş variantıdır.

Dərc edilmiş yeganə tizerdən Karma SC2 modelinin klassik nisbətlərə, arxaya çəkilmiş sərnişin kapsulasına, yan güzgülərin əvəzinə kameralara, kuzovun eni boyu uzanan arxa fənərlərə və “qağayı qanadı” formasında qapılara malik olduğu görünür.  Avtomobilin kuzov elementlərinin karbondan hazırlandığı da ehtimal olunur. Kompozit nazik karbon liflərindən hazırlandığına görə detalların səthində xarakterik naxışlar olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Konseptin dizaynı yayda Pebbl-Biçdə keçirilmiş Zəriflik müsabiqəsində nümayiş etdirilmiş SC1 Vision spidsterindən götürüləcəkdir. Spidster isə, öz növbəsində, amerikan iş adamı və aviatoru Hovard Hyuzun Hughes H-1 yarış təyyarəsindən ilham alınaraq yaradılıb. Xatırladaq ki, Hyuz bu təyyarə ilə 567,115 km/saata qədər sürətlənərək kontinental sürət rekorduna imza atıb.

Karma Revero GTS modeli isə hibrid Revero GT sedanının “qaynar” versiyasıdır. Karma Revero GT generator rolunda çıxış edən 1,5-litrlik üçsilindrli BMW turbomühərriki, iki elektromotor və 28 kVs-lıq batareya ilə təchiz edilir. Güc qurğusunun ümumi hasilatı 535 at qüvvəsi və 746 Nm təşkil edir. Revero GT sedanı 60 mil/saat (97 km/saat) həddinə 4,5 saniyəyə sürətlənir. Revero GTS modifikasiyası bu işə 3,9 saniyə sərf etməlidir.