Artıq xəbər verdiyimiz kimi, World Supersport Championship çempionatını lideri Kənan Sofuoğlu seriya motosiklində yeni dünya rekordunu qeydə almışdır. Kawasaki Ninja H2R sportbaykını idarə edən Sofuğlu onu 400 kilometr-saat həddinə qədər sürətlənməyi bacarmışdır. Bundan əvvəl də Kənan seçimini Kawasaki Ninja H2R modeli üzərində saxlayaraq, motosikli 391 kilometr-saat həddinə kimi sürətləndirmişdi.

Kənan Sofuoğlu yeni rekordu dünyanın ən uzun körpülərindən olan Osmanqazi körpsündə əldə etmək etmişdir. Qeyd etmək lıazımdır ki, türk yarışçı bu rekorda xüsusi ciddiliklə hazırlaşmışdır. Kənanın təyin etdiyi tələblərə uyğun olan nadir dəri kombinezon hazırlanmışdır ki, bu geyim aerodinamikanın yaxşılaşdırılmasına yardım etmişdir. Motosikldə əlavə aerodinamik elementlər quraşdırılmış və Elf şirkəti tərəfindən hazırlanmış xüsusi yarış yanacağı doldurulmuşdur. Bir sıra detallar daha yüngülləri ilə əvəz edilmişdir.

Bundan başqa, motosikl Pirelli tərəfindən xüsusi olaraq hazırlanmış yarış şinləri ilə təchiz edilmişdir ki, Kənan onları yüksək sürətə davam gətirmələri üçün xüsusi qarışıq ilə emal etmişdir. Kənan Sofuoğluna yeni sürət rekordu olan 400 km/saat həddini toplamağa 26 saniyə lazım olmuşdur.