Əvvəllər Kia şirkəti Carens adı ilə kompaktvenləri satırdı. 1999-cu ildən 2018-ci ilə kimi konveyerdən bu modelin üç nəsli çıxıb - 4,5 metlik uzunluğa malik olan avromobil ənənəvi qapılara, üç oturacaq cərgəsinə və ön ötürməli platformaya sahib idi.

Lakin sonunda Carens krossoverlərlə rəqabətə davam gətirə bilmədi və model xəttindən çıxarıldı. İndi isə, Kia rəsmi olaraq Carens modeinin cərgəyə qayıdacağını, lakin onun yenidən düşünülmüş formata malik olacağını bildirib.

Köhnə ad zavoddaxili Kia KY koda adlı işarələnmiş avtomobilə qismət olacaqdır. Bu avtomobil Hindistan bazarı üçün nəzərdə tutulub və 16 dekabr tarixində təqdim ediləcəkdir. Kompaktvenin üç oturacaq cərgəsinə və krossover üslubunda görünüşə malik olacaqdır.

Hələlik bir tizer dərc edilib, qeyri-rəsmi məlumat isə daha çoxdur: yeni Carens Seltos modelinin bir növü olacaqdır. Yəni, Kia da Hyundai Creta modelinin üçcərgəli Hyundai Alcazar kompaktveninə çevrilməsi reseptindən yararlanıb.

Carens modeli Seltos krossoverindən şassi, güc qurğularını, kuzovun ön hissəsini və ümumi dizayn konsepsiyasını alacaqdır. Çəkilmiş casus şəkillərindən göründüyü kimi, KY modeli donorundan təkcə uzadılmış təkər bazası və arxa kuzov çıxışı ilə deyil, həm də daha hündür damı ilə fərqlənəcəkdir.

Carens kompaktveninin Seltos krossoverindən tanış olan 115 at qüvvəli 1,5-litrlik atmosfer benzin mühərriki ilə təchiz ediləcəyi güman olunur. Yeni kompaktven Hindistanda Seltos krossoveri ilə eyni konveyer xəttində buraxılacaq və Kia markasının yerli bazarda satılan (şirkət Hindistana iki il bundan öncə gəlib) dördüncü modeli olacaqdır. Satışların başlanması 2022-ci ilin birinci rübünə planlaşdırılıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.