Kia Ceed ailəsində artıq tam hüquqlu hibrid versiyalar mövcuddur. İndi isə, Ceed modeli mülayim hibrid versiyalara da sahib olub. Üstəlik, mülayim hibridlər dizel mühərriklərinin əsasında yaradılıblar. Məqsəd, Avropada vacib sayılan yanacaq sərfiyyatı və zərərli tullantılar səviyyəsinin azaldılmış göstəricilərini nümayiş etdirməkdir.

Satışlarına başlanıldığı gündən etibarən Ceed modelində quraşdırılan və iki güc variantında ( 115 və ya 136 at qüvvəsi) təklif olunan 1.6 CRDi dizel mühərriki 48 voltluq startyor-generatoru əldə edib.

Dirsəkli vala kəmər ötürməsi vasitəsi ilə bağlanan startyor-generator sürətlənmənin ilk saniyələrində dizel mühərrikinə kömək edir və start-stop sisteminin bir hissəsi kimi işləyir: 125 km/saat sürətinə qədər gillətmə ilə gedərkən elektronika dizel mühərrikini söndürə və işə sala bilər.

Kompakt litium-ion batareyası ehtiyat təkər yerində, baqaj döşəməsinin altında yerləşir. Xatırladaq ki, Avropada Ceed modeli şinlərin təmir dəsti ilə təchiz olunur.

Mülayim hibridlər həm presektiv "robot", həm də elektron muftası olan "ağıllı" iMT mexaniki ötürmələr qutusu ilə təchiz edilə bilərlər. Bu, gillətmə zamanı gedərkən elektronikanın muftanı ayırması üçün edilmişdir.

Mühəndislərin bildirdiyinə görə, "ağıllı" transmissiya yanacaq sərfiyyatını 3% azaltmağa imkan verir. Mülayim hibrid sistemi isə, dizelin mühərrikinin gücündən, kuzov növündən və yol şəraitindən asılı olaraq, ümumilikdə yanacağa 5-10% qənaət etməyə imkan verir. Yeni güc qurğuları ProCeed universalı və XCeed krossoveri də daxil olmaqla, bütün versiyalar üçün təklif edilir.