Kia şirkəti cenevrə avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı elektrik konseptinin ilk təsvirini dərc edib. Bu konseptin köməkliyi ilə koreya markası elektrikləşdirməyə olan emosional baxışını göstərmək niyyətindədir.Kia Motors Europe şef-dizayneri Qreqori Giyomun sözlərinə görə, şou-kara baxanların «nəbzi yüksələcəkdir».

Konseptin dizaynı Kia şirkətinin Frankfurtdakı dizayn studiyası tərəfindən yaradılıbdır. Giyom avtomobil dizaynının həyəcanverici və sarsıdıcı bir şey olduğunu söyləyərək, onun elektrik olduğu üçün bu yanaşmanı dəyişməyin mənasız olduğunu bildirib.

Şəkildə geniş təkər tağlarıını, güclü kapotu, işıqlanan loqotipi, qeyri-adi optikası və haşiyəsi olan ön fənərləri görmək olar. Konseptin güc qurğusu barədə məlumat verilməyib.