Dongfeng Motor Corporation, Yueda Group və Kia Motors şirkətlərinin birgə müəssisəsi olan Dongfeng Yueda Kia şirkəti çin bazarında Sportage modelinin KX5 adlı lokallaşdırılmış versiyasını təqdim edib. Çində satılan model bizə tanış olan krossoverdən tamamilə dəyişdirilmiş ön hissəsi ilə fərqlənir.

Kia KX5 modelinin firma «pələng burnu» yoxdur. Çoxbölümlü nazik ön fənərlər radiator barmaqlığını haşiyələndirən radiator barmaqlığı ilə birləşib. Belə xarici görkəm daha konservativdir ki, bu da yerli alıcıları cəlb etməlidir. Arxadakı dəyişikliklər isə, sırf kosmetik xarakter daşıyır. Məsələn, fonarların naxışı başqadır, onları birləşdirən zolaq isə xromla bəzədilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin ön paneli multimedia sisteminin displeyi, havalandırma sisteminin deflektorlarının yerləşməsi, sensorlu paneli olan klimat-kontrolun idarəetmə bloku və yeddi düymlük rəqəmsal cihazlar paneli ilə də fərqlənir.  Kia KX5 modelinin təchizatına dairəvi görüntü sistemi, smartfonların induksion doldurulması və süni intellektin bazasında işləyən səslə idarəetmə funksiyası daxildir.  

Sportage modelinin çin variantı 177 at qüvvəsi və 265 Nm fırlanma anı hasil edən 1,6-litrlik T-GDI «turbodördlüyü», həmçinin 162 at qüvvəsi və 203 Nm fırlanma anı hasil edən 2,0-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatları yeddi pilləli «robot» və ya altı diapazonlu «avtomat» qutular ilə tandemdə çalışırlar. Kia KX5 krossoveri Çində 154800 yuana (39290 manat) satılır.