Kia şirkəti təqdimatı gözlənilən yeni nəsil Optima modelinə olan marağı artırmaq üçün əlindən gələni edir. Ənənəvi olaraq, model ətrafında cərəyan edən ehtirasları qızışdırmaq üçün dizayner eskizlərindən istifadə olunur. Kia şirkəti də bu metodan geniş istifadə etmək qərarına gəlib.

Bu gün koreya istehsalçısı növbəti nəsil Kia Optima modelinin yeni dizayner eskizini dərc edib. Bu dəfə koreyalılar sedanın arxa hissəsini nümayiş etdiriblər. Sedan «qaynar» modellərə xas olan inkişaf etdirilmiş diffuzora, səsboğucu sistemin trapesiyaşəkilli xrom çıxış borularına, baqaj qapağının üzərində spoylerə bənzər çıxıntıya və əyləc mexanizmlərin soyudulması üçün arxa qanadda quraşdırılmış hava çıxışlarına sahibdir.

Bundan başqa, eskizdə modelin ənənəvi sedandan çox kupe və ya liftbekə məxsus siluetə malik olduğu da diqqəti çəkir. Nəhayət, Kia Optima modelinin işıqdiodlarından hazırlanmış və baqaj qapağı boyu uzanan arxa işıq texnikasına sahib olacağı da görünür. Daha bir maraqlı detal baqaj qapağının üzərindəki arxa şüşənin davamı olan elementidir. 

Yeni Optima modelinin texniki hissəsi barədə məlumat azdır. Yeni modelin Theta III ailəsindən olan 286 at qüvvəli 2,5-litrlik turbomühərrik və 8-pilləli “robot” ilə təchiz ediləcəyi güman olunur. Standart mühərrik olaraq 180 at qüvvəli 1,8-litrlik “turbodördlüyün” təkli ediləcəyi gözlənilir. Bu aqreqat klassik 8-pilləli “avtomat” ilə tandemdə çakışacaqdır. Tam ötrüməli modifikaisyanın da olacağı gözlənilir.

Növbəti nəsil Kia Optima modelinin interyerində də ciddi dəyişikliklər baş verəcəkdir. Optima iri sensorlu displeyə malik olan multimedia sistemini və sensorlu idarəetmə bloku olan iqlim sistemini əldə edəcəkdir.

Şirkət daxilindəki mənbələr yerli bazar üçün nəzərdə tutulmuş yeni Kia K5 modelinin təqdimatının dekabr keçiriləcəyini bildiriblər. Əgər söylənənlər doğrudursa, modelin satışlarına 2020-ci ilin əvvəlində başlana bilər.