Kia şirkəti Cənubi Koreyada K3 GT modelini təqdim edib. Kia K3 adı ilə Koreyada bizim tanıdığımız Cerato modeli satılır.

Hələlik koreyalılar hetçbek barədə ətraflı məlumat dərc etməyiblər.

Məlumdur ki, hetçbek də K3/Cerato sedanı ilə eyni təkər bazasına sahibdir. Təkər bazasının uzunluğu 2700 millimetrdir. Hetçbek dinamik şəkildə mailliliyə malik olan beşinci qapıya malikdir. Hetçbek modeli bənzər sedana nisbətən daha idman ruhlu avtomobil sayılır. Bu səbəbdən də model nəinki GT indeksinə, həmçinin başqa radiator barmaqlığına, 18-düymlük təkər disklərinə, kandarlardakı lövhəçiklərə və səsboğucu sistemin iki çıxış borusuna malikdir.

Hetçbek 204 at qüvvəli 1,6-litrlik 1,6 T-GDi turbomühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Kia K3 sedanı yerli bazarda 123 at qüvvəsi hasil edən 1,6-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Kia K3 GT modeli Şimali Amerika bazarında Cerato GT adı ilə satılacaqdır.