Kia şirkəti Paris avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı ProCeed modelini təqdim edib. “Şutinq-breyk” kuzovuna malik olan avtomobil Koreya şirkətinin Avropadakı dizayn studiyası tərəfindən hazırlanıb.

Beləliklə, yeni Kia ProCeed modeli alman dizayn mərkəzi ilə məhsul hazırlanması və təcrübə-konstruktor işlərinə cavabdeh olan bölmələrin birgə məhsuludur. “Şutinq-breyk” kuzovuna malik olan avtomobil rəvan şəkildə baqaj qapağına “axan” maili tavan xətti, arxa hissənin tərtibatı, hetçbek və universal modellərindən fərqli qabaritləri ilə seçilir.

Yeni model xüsusi asqı xarakteristikaları və daha sərt yayları olan K2 platformasında inşa edilibdir. Avtomobilin təkər bazasının uzunluğu 2650 millimetrdir ki, bu Ceed ailəsinin digər üzvlərində olduğundan fərqlidir. ProCeed modeli Ceed universalından beş millimetr uzun və 43 millimetr alçaqdır. Avtomobilin klirensi 135 millimetr (- 5 millimetr) təşkil edir. Baqaj bölümünün həcmi 594 litrdir ki, bu da Ceed SW modelində olduğundan 31 litr azdır.

ProCeed modelinin mühərrik çeşidinə üç benzin və bir dizel mühərriki daxildir. Benzin mühərrikləri 120 at qüvvəsi və 175 Nm fırlanma anı hasil edən 1,0-litrlik turbomühərrik,140 at qüvvəsi və 242 Nm fırlanma anı hasil edən 1,4-litrlik T-GDi, həmçinin GT versiyasında quraşdırılan 204 at qüvvəsi və 265 Nm-ə malik olan 1,6-litrlik turbomotor ilə təmsil olunublar. Yeganə 1,6-litrlik dizel aqreqatı 136 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edir. Yeddi pilləli “robotla” tandemdə çalışan dizel aqreqatının fırlanma anı 320 Nm-dir.

Kia ProCeed modelinin təchizatına yeddi və səkkiz düymlük sensorlu displeyi olan multimedia sistemi, premium JBL səs sistemi, açarsız giriş, baqaj qapağının avtomatik açılıb-bağlanması, hərəkət rejimi seçmə sistemi, alın şüşəsinin qızdırılması, smartfonların naqilsiz doldurulması, bütün oturacaqların qızdırılması daxildir.

Bundan başqa, ProCeed 180 km/saat sürətində qədər çalışan zolaqda saxlama funksiyasını, adaptiv kruiz-kontrol, parklanma yardımçısı, piyadaları aşkarlayaraq öndən qəzaları xəbərdar edən sistemi və dartma vektoru olan elektron dayanıqlılıq sistemini da əldə edib. Yeni Kia ProCeed modelinin Avropadakı satışlarına 2019-cu ilin əvvəlində başlanacaqdır

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt